Telekanal Qazisini böyük coşqu ilə qarşıladı – VİDEO

Telekanal Qazisini böyük coşqu ilə qarşıladı – VİDEO
 
 
ARB 24 telekanalının əməkdaşı Mail Əsgərov İkinci Qarabağ müharibəsində iştirak edib.

7News.Az xəbər verir ki, Vətən Müharibəsinə baş leytenant kimi yollanan Mail Əsgərov Fizuli rayonu, Qaraxanbəyli istiqamətində gedən qızğın döyüşlərdə ağır yaralanıb. Bir müddət müalicə alan qazimiz döyüşdə göstərdiyi şücaətə görə çalışdığı ARB Televiziyası tərəfindən mükafata layiq görülüb.

Kanal rəhbərliyi və həmkarları Mail Əsgərovu böyük coşğu ilə qarşılayıb.

Həmin görüntüləri təqdim edirik:
 
7News.Az

Xəbər lenti