Torpaq analizləri fermerlərə gübrələrdən düzgün və səmərəli istifadə imkanı verir - BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
30 Noyabr 2021, 10:27
30 Noyabr
2021
10:27
739
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. İmişli, Saatlı və Sabirabad rayonlarında keçirilən tədbirlərdə aqrar sektora ayrılan subsidiyaların verilməsində yeniliklər, Aqrar Subsidiya Şurasının qərarları, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsinə dair cari vəziyyət barədə müzakirələr aparılıb.
Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, subsidiyaların verilməsində tətbiq olunan mühüm yeniliklərdən biri ümumi torpaq sahəsi 5 hektardan çox olan fermerlərin hər 5 hektara 1 torpaq analizi verməsi tələbidir. Bu kateqoriyaya daxil torpaq mülkiyyətçiləri dekabrın 30-dək əkin bəyanları ilə paralel olaraq torpaq analizlərinin nəticələrini də EKTİS-ə daxil etməlidir. Torpaqların analizi məhsuldar torpaqların münbitliyini qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Eyni zamanda laboratoriya məlumatlarının nəticələrindən istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqini həyata keçirmək mümkün olacaq. Fermerlər öz sahələrindən torpaq analizi verməklə torpağın qida elementlərinə ehtiyacını müəyyənləşdirəcək, yanlış gübrə növü istifadə etməyəcək, gübrə normasını müəyyən edə biləcək. Bu isə torpaqların uzun müddətli və davamlı istifadəsinə imkan yaradacaq.
Fermerlər öz torpaqlarından analiz vermək üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına müraciət edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.
Görüşlər zamanı payızlıq əkinlərin EKTİS-də qeyd olunan müddətdə bəyan edilməsinin zəruriliyi geniş müzakirə olunub. Bildirilib ki, payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır. Bu tarixə qədər EKTİS-də öz şəxsi kabinetini aktivləşdirməyən və əkinlərini bəyan etməyən fermerlər 2022-ci ildə əkin subsidiyası ala bilməyəcəklər. Əkinlərin bəyan edilməsi üçün fermerlərə 4 ay vaxt verilib və torpaq mülkiyyətçiləri son tarixi gözləmədən qısa müddətdə öz əkinlərini EKTİS-də bəyan etməklə müvafiq subsidiyanı ilin ilk aylarında almaq imkanı qazanırlar.
Fermerlərə növbəti ildən həm arpa, həm buğda əkininə görə eyni həcmdə - 210 manat subsidiya ödəniləcəyi, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə məlumat verilib, onların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı növbəti məlumatlandırma sessiyası Masallı, Cəlilabad və Biləsuvar rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 11 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib