"Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan sammiti" keçiriləcək – 9 OKTYABRDA

7NEWS.az xəbər verir ki, 9 oktyabr 2019-cu il tarixdə Tehranda, "İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi" çərçivəsində "Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan sammiti" keçiriləcək. Sammit İslam dövlətlərinin səhiyyə turizminin inkişafı mərkəzinin, nazirliklərin, milli və beynəlxalq səhiyyə təşkilatlarının dəstəyi ilə "My Travel MMC” turizm agentliyi tərəfindən Tehranda (İran) həyata keçiriləcək. 
Sammitin əsas mövzusu İran və Azərbaycanın turizm xidməti göstərən şirkətləri arasında əməkdaşlığın müəyyən edilməsi, Azərbaycanın səhiyyə turizmi sahəsində imkanlarının və Naftalan regionunun təqdimatı, İran İslam Respublikasının tibbi turizm sahəsində imkanlarının təqdimatı, İranın və Azərbaycanın idman turizmi sektorunda imkanları ilə tanışlıq, İran və Azərbaycanın turizm təşkilatlarının və mehmanxana biznesinin turizm münasibətlərinin inkişafında rolunun yoxlanmasından ibarətdir. "İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” xüsusi görüşlər təyin edərək, səhiyyə turizmi, idman turizmi, tibbi avadanlıq, ənənəvi tibb və otla müalicə müxtəlif sektorlarda beynəlxalq ünsiyyətin inkişafı üçün müstəsna bir imkan, habelə səhiyyə turizmində fəaliyyətdə olan startaplara investisiya yatırmaq üçün imkanlar təşkil edir.
7NEWS.az

Xəbər lenti