Türkiyə Prezident Administrasiyası: Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır (ÖZƏL)

Türkiyə Prezident Administrasiyası: Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır (ÖZƏL)
Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.

Bu barədə ShushaPost.az-a Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:

"Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.

Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.

Vurğulanıb ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir "erməni soyqırımı”nın olmadığını təsdiq edir.

Xəbər lenti