Ucarda Şəhid, qazi və imkansız aillələrə baş çəkilib - FOTOLAR

Ucarda Şəhid, qazi və imkansız aillələrə baş çəkilib - FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə Yeddinci yardım aksiyası olaraq Ucar şəhəri və rayonunu əhatə edən bütün şəhid və qazi ailələrimizin, o cümlədən imkansiz ailələrin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına,  eyni zamanda sovqatların paylanmasında hər cür şəraiti yaradan Ucar rayon İcra Hakimiyyətinə xüsusi təşəkkürümüzü bildiririk. 

#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət
 

Xəbər lenti