Ukrayna KİV-ləri Prezident İlham Əliyevin “CNN türk” telekanalına müsahibəsini geniş işıqlandırıb - FOTO

Ukrayna KİV-ləri Prezident İlham Əliyevin “CNN türk” telekanalına müsahibəsini geniş işıqlandırıb - FOTO

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN türk” televiziya kanalına müsahibəsini geniş işıqlandırıb.

Shushapost.Az xəbər verir ki, "RBK-Ukrayna”, "İnterfaks-Ukrayna” informasiya agentlikləri, GORDON nəşri, "Censor.net” xəbər portalı və digər media orqanlarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər yer alıb.

Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi başlanmalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistandan müsbət cavab almayıb.

 

Məqalələrdə, həmçinin vurğulanır ki, sülhün bərqərar olması üçün Zəngəzur dəhlizi yaradılmalı, bütün ticarət əlaqələri bərpa edilməlidir.

Yazılarda, eyni zamanda, Prezident İlham Əliyevin Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli sazişin prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də yer alıb.

 

Shushapost.Az

Xəbər lenti