UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin təbliğilayihəsiçərçivəsindətədbirlərə start verildi

UNESCO-nun

"Gələcək Naminə” vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiilə "UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin təbliği layihəsi çərçivəsində tədbirlərə start verib

 

Layihənin əsas məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir.

 

Tədbirlər Bakı şəhərində həyata keçiriləcək. Layihə çərçivəsində yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında məlumatlar və biliklər əldə etmələri məqsədilə maarifləndirmə tədbirləri keçiriləcək.

Xəbər lenti