Vaksinasiya prosesi uğurla davam etdirilir

Vaksinasiya prosesi uğurla davam etdirilir

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı başlanılan peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda normal həyata qayıtmağımızın təminatı ola bilər. Dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq bizim üçün yaradılan bu unikal şansdan maksimum faydalanıb, əvvəlki günlərimizə qaldığımız yerdən davam edə bilərik.

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev "COVİD-19” əleyhinə 2-ci dəfə peyvənd olundu. Belə ki, Rayon İcra Hakimiyyəti başçısına 2-ci doza vaksin vuruldu.





Xəbər lenti