“Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” - Müzakirə

“Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” - Müzakirə

Ötən gün Azad Azərbaycan Televiziyasının "ATV Aktual” verilişində Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Vyana görüşü və xarici işlər nazirlərinin Moskva görüşü müzakirə olunub. Aparıcı Ariz Tarıverdiyevin bu dəfəki qonaqları Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidovolub.

Vyana görüşündən sonra yaranmış situasiyanı şərh edən millət vəkili Əflatun Amaşov Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü barədə fikirlərini bölüşüb və bu səfərlərin gerçəkləşməsinin hələ tez olduğunu deyib.

 

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov isə Vyana görüşünü əsir və girovların dəyişdirilməsi prosesində dönüş nöqtəsi adlandırıb və girovların öz ailə üzvləri ilə görüşünün mümkünlüyünü şərh edib. Hüquq müdafiəçisinin sözlərinə görə, Vyana və Moskva görüşlərində humanitar addımların atılması barədə ilkin razılaşmanın əldə olunması əsir və girovların məsələsinin birbaşa aktiv fazaya keçməsini şərtləndirir:

"Odur ki, yaxın müddət ərzində bu istiqamətdə real addımların atılacağını və rəsmi Yerevanın danışıqlarda əldə edilən razılaşmaya sadiq qalacağına ümid edirik”.


 

Xəbər lenti