Xankəndi şəhəri 1950-ci illərdə - FOTO

Xankəndi şəhəri 1950-ci illərdə - FOTO
XVIII əsrin sonunda İbrahimxəlil xanın (1732-1806) əmri ilə yaradılan və xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhəri) yaxınlığında yerləşən Xankəndi adından da göründüyü kimi (Xanın kəndi) Qarabağ xanlarının istirahət iqamətgahı olub.

Bundan əlavə, xanın dünya şöhrətli Qarabağ atlarının saxlandığı tövlələri də Xankəndidə yerləşib.

Xankəndi XIX əsrin ortalarında Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən, 1822-ci ildə xanlığın ləğvi və Rusiya vilayətinə çevrilməsindən sonra praktiki olaraq öz istirahət iqamətgahı dəyərini itirən kiçik bir kənd idi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərdə buraya gələn əhalinin yerləşməsi üçün kənd sürətlə böyüyərək şəhərə çevrilməyə başladı.

Şəhərdəki simvolik binalarının əksəriyyəti 1950-ci illərdə inşa edildi. Bu illər həm də müxtəlif hadisələrlə zəngin idi.

1950-ci illər. Mərkəzi küçələrdən biri
 
 

1950-ci illər. Mərkəzi meydan

1950-ci illər. Lenin küçəsi

1950-ci illər. Üç mərtəbəli yaşayış binası

1950-ci illərin ikinci yarısı. Elmlər Akademiyasının bazası

1950-ci illər. Şəhər parkının abadlaşdırılması

1950-ci illər. 1945-1946-cı illərdə tikilmiş üçmərtəbəli yaşayış binası

1950-ci illər. Mərkəzi meydan

1950-ci illər. Maksim Qorki adına Dram teatrı.

1951 il. "Üç kran” supaylayan hovuz

1950-ci illər. XIX əsrin sonu - XX əsrin əvvəllərində tikilən küçə

1950-ci illər. Regional Xəstəxana

1953 il. Stalinin ölümü ilə əlaqədar mərkəzi meydandakı mitinq

1950-ci illər. Kommunist küçəsi. İnqilabdan əvvəl tikilmiş binalar


Xəbər lenti