YAD DİLDƏ LAYLA OXUNMAZ...

YAD DİLDƏ LAYLA OXUNMAZ...

Hər zaman və yorulmadan, uşaqlar gələcəyimizdir, uşaqlar sabahımızdır deyirik. Bəli, bu həqiqətən də belədir. Bu gün doğulan hər körpə sabahı yaradandır, millətin, xalqın davamçısı, milli varlığımızın daşıyıcısıdır.

Dünyamıza bəzəkdir

Doğulan hər bir çağa.

Dünyaya insan gəlir

Dünyanı yaşatmağa!

Bəs bu günün mənzərəsinə baxınca sabahımızı necə görə bilərik? Mən uşaqlarla məşğul olan mütəxəssis kimi deyərdim ki, dövlətimiz tərəfindən maksimum qayğı göstərilməsinə baxmayaraq, dünyanın hər yerində olduğu kimi, bizdə də müəyyən problemlər qalmaqdadır. Son illərin statistikası hətta, həyəcan siqnalı çalmağa, bu məsələyə xüsusi diqqət yetirməyə əsas verir.

Sivil dünyada, elmin, texnikanın ən yüksək inkişaf etdiyi bir dönəmdə yaşayırıq. Həyat şəraitimiz günü-gündən yaxşılaşır. Rahat evimiz, işimiz, maddi təminatımız, istirahətimiz qaydasında, övladlarımız ən yüksək şəraitli bağçalarda tərbiyə alır, gözəl təmirli məktəblərdə oxuyur. Müstəqil dövlətin müstəqil vətəndaşı kimi hüquq və azadlıqlarımız qorunur. Əsrlər boyu ulu babalarımızın xalqımızın azad, firavan yaşaması üçün can qoyduqları hər şeyə sahibik. Dövlətimiz vətəndaşının rahat həyatı, güzəranı, təhsili, sağlamlığı üçün bütün imkanları yaradır. Bunlar öz yerində...

Bəs biz - cəmiyyətimiz, gələcəyimiz üçün vətəndaş yetişdirən analar, atalar övladlarımızın xoşbəxtliyi, fiziki, mənəvi, psixoloji sağlamlığı üçün nələr edirik? Uşaqları həyata necə hazırlayırıq?

Beş ilə yaxındır ki, "Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində psixoloq kimi çalışıram. Daun sindromlu, autizm spektr pozuntusu, zəka geriliyi və digər inkişaf qüsurları olan uşaqların sayının ildən-ilə artması, düzü, bir mütəxəssis olaraq məni çox narahat edir.

Uşaqların inkişafı ilə bağlı problemləri yaradan səbəblər nədir?

Səbəblər çoxdur və əslinə qalarsa, bu çoxlu səbəblərin də əksər hissəsi bizim həyat tərzimizlə, ailə münasibətlərimizlə bağlıdır. Genetik faktorlar istisna olmaqla, deyərdim ki, bu gün uşaqlarımızın inkişaf geriləməsi bizim doğru olmayan yanaşmamız, yanlış tərbiyə metodlarımızla bağlıdır.

Əsas səbəblərdən bir neçəsini diqqətinizə çatdırmaq istərdim.

- Genetik faktor (elm tərəfindən tam dəqiqləşməsə də, belə ehtimal var)

- Hamiləliyin inkişafının düzgün getməməsi

- Erkən doğuş

- Hamiləlikdə zərərli vərdişlərdən (siqaret, narkotika, spirtli içkilər, hətta hamilənin yox, ərin belə narkotik qəbul etməsi) istifadə

- Xromosom anomaliyası

- Doğumdan sonrakı dönəmdə pedaqoji baxımsızlıq (mobil telefonla ifrat dərəcədə kontaktda olmaq, saatlarla monitor, ekran qarşısında oturmaq və s)

Yəni, bizdən asılı və asılı olmayan səbəblər var. Özümüzdən asılı olanlara normal qaydada əməl edirikmi? Sözümüz əməl etməyənlərədir.

Hamiləlik dönəmində ananın mobil telefondan ifrat istifadəsi bir yana, (çünki bu daha geniş mövzunun söhbətidir) uşağını telefon laylası ilə yatızdırıb, uşağın psixoloji durumuna ciddi təsir edən ziyanlı cizgi filmlərlə yedizdirməsi inkişaf geriləməsinə səbəb olan ən qorxulu faktorlardan biridir.

Harda qaldı bizim xalqımızın əsrlərin sınağından çıxıb bu günümüzəcən gələn şipşirin ana laylaları? Əgər özün uşağına laylay çala bilmirsənsə, heç olmasa, bunu istedadlı müğənnilərin səsində dinlətdir övladına. Analar, bilirsinizmi, telefon hesabına yedizdirdiyiniz körpəniz sonra hansı problemlərlə üzləşəcək. Bilməyiniz vacibdir.

- Uşaqda dad analizatoru inkişafdan qalır (ən ləzzətli yeməyin belə dadını bilməyəcək, yəni uşaq nə yediyinin fərqində olmayacaq)

- Doyma hissi itir (ac və ya tox olduğunu bilmədən nə versəniz udacaq, yeyəcək yox, ha, məhz udacaq)

- Artikulyasiya aparatı zəif inkişaf edəcək (yəni, çənə passivləşir, çeynəmə zəifləyir)

- Uşaq telefon qarşısında demək olar ki, gipnoz vəziyyətində olur (yemək yediyini belə anlamır, beyinə yemək və doymaq haqqında siqnal ötürülmür)

Sakitliyiniz və can rahatlığınız üçün əl atdığınız belə qidalanma üsulu uşağınızın inkişafdan qalmasına səbəb olur. Düşünürsünüz ki, uşağım yedi, qarnı doydu. Ardınca da yatızdırmaq gəlir və yenə baş ucunda telefon, yad dildə laylay səsi. Təəssüf ki, bilməyərəkdən övladımızın və özümüzün həyatımızı çətinəlşdiririk. Psixoloji mərkəzlərə, xəstəxana və poliklinikalara, ürək ağrısı ilə sadalanan problemlərlə bağlı uşaq aparan valideynləri görəndə təəssüf hissi keçirməmək mümkün deyil. Deməli, həyatımızı öz əlimizə zəhərləyir, sonra da bəladan necə qurtarmağın yollarını axtarırıq.

Nə etməli?

Öncəliklə ilk 3 yaşa qədər körpəni telefon və televizordan tam uzaq tutmaq lazımdır.

Körpələrə bir yaşından etibarən sərbəst qidalanma vərdişləri aşılanmalıdır(çəngəli, qaşığı əlinə vermək)

Sərbəst şəkildə, kömək olmadan qidalanan uşaq daha iştahla yeyir, nə yediyini anlayır. Çəngəl, qaşıqla təmas motor bacarıqlarını daha yaxşı inkişaf etdirir.

Uşaq təbii ki, yemək zamanı üst-başını batıracaq. Bu sizi niyə narahat eləyir. Paltarı yumaq elə də çətin deyil, amma pozulan iştahı, dad bilməni, udma vərdişini bərpa etmək düşündüyünüz qədər də asan olmayacaq. Bunları bərpa etmək üçün bəzən aylarla mütəxəssis qapıları döymək məcburiyyətində qalarsınız.

Unutmayın, övladlarınızda ilk vərdişləri siz formalaşdırırsınız. Telefonla qidalanmaq, telefonla yuxuya getmək anadangəlmə olmur. Yeni doğulan körpə ağ vərəq kimidir, onu siz valideynlər yazırsınız.

Təbii ki, yığcam bir yazıda uşaqlarda autizm spektr pozuntusu, inkişaf geriləməsinə gətirən bütün səbəblər haqqında geniş şəkildə məlumat vermək imkansızdır.

Valideynlərə, xüsusən analara daha bir məsləhətim odur ki, körpələrinin necə inkişaf etdiyinə ciddi fikir versinlər. Uşağın davranışlarında, nitqində dəyişiklik hiss etdikləri vaxt mütəxəssislərlə məsləhətləşsinlər. Belə hallarla çoxmuz rastlaşırıq. Uşaq gec danışır, ailə böyükləri deyir ki, düzələcək, atası, ya əmisi də gec danışıb deyə ananı sakitləşdirirlər. Unutmayın, qarşısı zamanında alınmayan xırda problem gələcəkdə daha ciddi fəsadlara yol aça bilər.

Yazımın əvvəlində qeyd etdiyim kimi beş ilə yaxındır "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində çalışıram və deyim ki, iş prosesində biz belə vəziyyətlərlə çox rastlaşırıq.

Son dövrdə həqiqətən də inkişaf geriliyi problemi nəzərə çarpacaq dərəcədə çoxalıb. Bu ciddi məsələdir və təbii ki, kompleks yanaşma tələb edir.

Çoxsaylı müraciətləri nəzərə alaraq təşkilatımızın rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva "Loqos” un Bakı şəhərində fəaliyyət göstərən 5 filialından birini, Binəqədi rayonunda yerləşən Azadlıq filialının "Autizm və Reablitasiya mərkəzi Kimi fəaliyyət göstərməsinə qərar vermişdir.

Mərkəz sentyabrın 1-dən fəaliyyətdədir. Pandemiya şəraitini nəzərə alaraq hələ ki, ancaq fərdi məşğələlər aparırıq. Mərkəzimiz Azadlıq metrosuna, avtobus dayanacaqlarına yaxın, yəni, insanların rahat gəlib-gedəcəkləri bir məkanda yerləşir. Dördmərtəbəli binada reablitasiya üçün ən yüksək şərait yaradılıb, ən peşəkar mütəxəssislər bu işə cəlb edilib. Mərkəz həftənin 6 günü səhər saat 9. 00-dan 13. 00 –dək, 14.00-dan-18.00-dək uşaqlara kompleks – psixoloji, psixopedaqoji və loqoped xidməti göstərir.

Pandemiya şərtləri imkan verdiyi halda məşğələlər həm də qrup halında keçiriləcək.

Mərkəzimizə daha çox 2 yaşdan başlayaraq yaş məhdudiyyəti olmadan müxtəlif xarakterli inkişaf geriliyi olan uşaq və yeniyetmələrin valideynləri müraciət edir.

Valideynlər nəzərə almalıdırlar ki, reablitasiya və korreksiya üçün ən ideal dönəm 2-3 yaş arasıdır. Yəni, ilkin mərhələdə problemin qarşısını almaq daha asan və daha effektli olur.

Mərkəzə gətirilən uşaqlar öncə inkişaf dəyərləndirmə testlərindən keçirilir və reablitasiya problemin dərəcəsinə görə, uşağın hansı yaş səviyyəsində olmasına görə müəyyənləşdirilir. Bəzən 5 yaşlı uşağın inkişaf səviyyəsi 3 yaşdakından belə aşağı olur. Yəni, problemin ağırlıq dərəcəsinə görə reablitasiya aylarla uzana bilər. Ona görə də analar gərək ayıq olsunlar. Ona görə analar deyirəm ki, onlar uşaqla ataya və ailənin digər üzlərinə nisbətən daha çox təmasda olurlar.

Əgər uşaq gec danışmağa başlayırsa, yaxud kəkələyirsə, bunun mütləq bir səbəbi vardır. Yaxşı olardı ki, belə hallarda valideynlər mütəxəssisdən məsləhət alsınlar. Bəzən gənc ata-analar təcrübəsiz olur, körpə ilə necə davranma qaydalarını yaxşı bilmir. Qaynata-qaynana, ata-ana yanında yaşamağın müsbət avantajları var, çünki təcrübəlidirlər, gənclərə yardımçı olurlar. Amma onlar da təbii ki, uşağı öz ailə böyüklərindən və təcrübədə öyrəndiklərinə əsasən böyütməyin doğruluğuna inanırlar. Bu da bəzi hallarda ilk baxışda sadə görünən problemin zamanla dərinləşməsinə aparır. Unutmaq olmaz ki, zaman dəyişir və hər zaman öz tərbiyə metodlarını diktə edir.

İndiki dönəmdə, xüsusən kovid-19-un tüğyan etdiyi bir zaman kəsiyində uşaqların sosial həyatdan uzaqlaşması da öz mənfi təsirini göstərir. Bağçadan, məktəbdən, həyətdən, dostlarından ayrı düşən uşaqlar ünsiyyətdən də uşaq düşürlər. Valideynlər karantin dövründə uşaqlara qarşı daha həssas olmalı, onlarla daha çox ünsiyyətdə olmalıdırlar.

Ağır zamanlar yaşayırıq. Ölkəmizdə müharibə gedir, qələbə, zəfər xəbərləri ilə yanaşı, uşaqlar ölüm, dağıntı xəbərlərini də eşidirlər. Cəbhəyanı bölgədə yaşayan ata-analar övladlarına qarşı daha diqqətli olmalıdırlar. Hər gün yuxudan atəş səsinə, dağıntı, ölüm xəbərlərinə oyanan uşağın, yeniyetmənin psixoloji travma almaması imkansızdır. Uşaqlar da böyüklər kimi tam fərqinə varmasa da ordumuzun qələbə zəfərlərinə sevinir, amma hər hansı faciə, qorxunc xəbər onun şüüuraltında mənfi izlərini buraxır və bu illər geçdikcə dərin psixoloji sarsıntı kimi üzə çıxa bilər.

Əziz valideynlər, müharibə və koronovirusla bağlı söhbətlərinizdə mütləq övladlarınızı nəzərə alın. Unutmayın, onlar hələ öz emosiyalarını tənzimləyə bilmirlər. Yeri gəlmişkən, cəbhəyanı bölgələrdən reportajlar verən jurnalistlərin də bəzi məqamları nəzərə alması vacibdir.

Bəli, sevinclə, kədərlə bir aradayıq. Bu günlər bir gözümüz gülür, o biri ağlayır. Bu günlər keçəcək, Ali baş komandanımızın sərkərdəliyi ilə milli ordumuz düşmən üzərində tam qələbə çalacaq, torpaqlarımız azad olacaq. Biz buna bütün varlığımızla inanırıq!

Amma bu dönəmdə sabahımızı yaşadan, gələcəyimizin yaradıcısı uşaqlarımızın psixoloji sağlamlığını qorumağı yaddan çıxarmayaq. Parlaq və nurlu gələcək üçün robotlar yox, intellektula səviyyəli vətəndaşlar yetişdirməliyik. Vətən üçün, çiçəklənən Azərbaycan üçün!

Aygün Məlikova,

"Loqos” Autizm və Reablitasiya Mərkəzinin baş psixoloqu

Xəbər lenti