"Yaşasın dəyərlərimiz!" adlı layihə çərçivəsində məktəblərdə görüşlər keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş "Yaşasın dəyərlərimiz!" adlı layihə çərçivəsində məktəblilərlə maarifləndirici görüşlər keçirilmişdir.
 
Keçirilən görüşlərdə layihənin rəhbəri Quba rayonu Qaravülüstü kənd ibtidai məktəbin müəllimi Məhəmməd Bayramov çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi ölkəmizdə uzun illər boyu inkişaf edən mental dəyərlərin məktəblilərə aşılanması ilə cəmiyyətimizin inkişafına dəstək verməkdir. Açılış nitqindən sonra görüşlərə təhsil eksperti qismində dəvət olunmuş Ramin Mahmudov valideyn-övlad münasibətləri, milli-mənəvi dəyərlərimizin önəmi, ölkəmizin vətən müharibəsində göstərdiyi nəaliyyətlər mövzuları üzrə çıxış etmişdir. Görüşlərin yekununda məktəblilərin sualları cavablandırılmışdır.
Məlumat üçün bildirək ki, görüşlər Quba şəhər Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyev adına texniki təmayüllü liseydə, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb liseydə, Quba şəhər 4 saylı humanitar fənlər təməyüllü məktəb liseydə və Quba şəhər 7 saylı orta məktəbdə keçirilmişdir. Layihənin sonunda daha çox məktəblinin maariflənməsi üçün sosial videoçarx hazırlanacaqdır.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

 


Xəbər lenti