Yeni icra başçısı bacısı oğluna vəzifə verdi

Yeni icra başçısı bacısı oğluna vəzifə verdi

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə yeni köməkçi təyin edib.

7News.Az pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı Ə.Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağayev Murad Əsgər oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayev əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində icra başçısının sürücüsü olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

 7News.Az


Xəbər lenti