Yeni inqilab dalğası nə vaxt və harada yaranacaq? - Ekspert rəyi + TƏHLİL

Yeni inqilab dalğası nə vaxt və harada yaranacaq? - Ekspert rəyi + TƏHLİL
"Böyük yeddilik” (G7) ölkələri - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəliblər. Ukrayna münaqişəsindəki roluna görə Qərbin Rusiyaya qarşı sanksiyalarının kəsərini bir qədər də artırmaq Moskvada mövcud rejimi dəyişmək niyyətindədir.
 
Artıq dünya dəyişir və silahlı çevrilişlər texnologiyasının yerinə daha incə, inqilabçı hərəkat adı ilə ustalıqla maskalanan rəngli inqilab texnologiyaları gəlir və onlar demək olar ki, nə demokratiyanın tam bərqərar olduğu dövlətələr tərəfindən, nə də Şərq tipli ənənəvi dövlət quruluşunu saxlayan ölkələr tərəfindən ciddi müqavimətə rast gəlirlər.
 
İndiki şəraitdə hakimiyyət və müxalifət münasibətlərinin təhlili də ona görə aktual əhəmiyyət kəsb edir ki, XX əsrin sonundan başlayaraq müxalifətin başçılıq etdiyi "məxməri”, "narıncı” , "qızılgül” inqilabları, "ərəb baharı” nın dalğası Avropadan tutmuş keçmiş sovet respublikalarına ,Yaxın Şərqə, hətta Asiya ölkələrinə gedib çatır və hələ də bitmək bilmir. Təbii ki, bu inqilablar özü ilə heç də həmişə "vəd etdiyi” xoş günlər və rifah gətirmir. Ona görə də bu, ciddi narahatlıq doğurmaya bilməz. Rəngli inqilablar dövlət çevrilişlərini həyata keçirmək və süni şəkildə yaradılmış qeyri-sabit siyasi şəraitdə ölkəni kənardan idarə etmək üçün bir texnologiyadır. Görəsən yeni dalğa nə vaxt və harada yaranacaq? İran yoxsa Rusiya?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən politoloq Arzu Nağıyev Ermənistandan sonra növbəti "rəngli inqilab”ın İranda yoxsa, Rusiyada baş tutacağına inanmır: " "Böyük yeddilik” ölkələrin Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəlmələri, eyni zamanda siyasi sanksiyaların tətbiqi bunlar daxili proseslərə ciddi şəkildə təsir göstərmir. Baxmayaraq ki, Rusiyaya qarşı sanksiyalar Krımın ilhaqı və Ukraynanın cənubunda baş verən hadisələrdən sonra tətbiq olunmağa başlayıb. Hazırda bəzi siyasətçilər hesab edirlər ki, saksiyalar fonunda Rusiya iqtisadiyyatının zəifləməsi, ölkədə digər proseslərin baş verməsi gətirib hansısa inqilablara yol aça bilər. Ermənistanda inqilabi dəyişikliyin İran və Rusiyada təkrarlanması inandırıcı deyil. Çünki həm İranın, həm də Rusiyanın kifayət qədər tәbii sərvətləri, eləcə də, ölkə əhalisinin istəklərini qarşılaya biləcək qədər ehtiyatları var. Bu gün Qərbin saksiyalarına qoşulmayan dövlətlər var ki, hazırda İran və Rusiya həmin dövlətlərlə iqtisadi-ticarət əlaqələrinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Ümumiyyətlə, iqtisadi-siyasi sanksiyalar tətbiq etməklə nə İranda, nə də Rusiyada hökumət dəyişikliyinə nail olmaq mümkün deyil”.
 
BNEWS.az

Xəbər lenti