Yusuf Məmmədəliyev: “Vətən müharibəsi vətənpərvər gənc nəslin yetişdiyini sübut etdi”

Yusuf Məmmədəliyev: “Vətən müharibəsi vətənpərvər gənc nəslin yetişdiyini sübut etdi”
"Bu gün qeyd etdiyimiz Gənclər Gününün və ən vacibi dövlət gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyev gənclərimizi vətənpərvər və təhsilli görməyi arzu edirdi. Tarixi qələbəmizlə bitən Vətən müharibəsi ümumilli liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda belə bir gənc nəslin yetişdiyini sübut etdi”.

Bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev feysbuk səhifəsində yazıb.

"Müzəffər Ali Baş Komandanın Şuşada səsləndirdiyi "qalibiyyətdə əsas rolu gənclərimiz oynadı” fikri gənclərin həm ön, həm də arxa cəbhədə, informasiya müharibəsində göstərdikləri səylərə verilən ən yüksək qiymət, onlara göstərilən ən yüksək etimadın göstəricisidir. Gənclər Gününüz mübarək!”, – Y. Məmmədəliyev bildirib.

7News.Az

Xəbər lenti