1 yaşlı uşaq və babasının ölümünə səbəb olan cərrah Elnur Həsənovla bağlı şok iddialar – MÜRACİƏT OLUNCAQ
1 yaşlı övladını həkim səhvinə, etinadsızlığı və məsuliyyətsizliyinə görə itirən valideyn CƏZALANMA tələb edir.
7NEWS.az xəbər verir ki, Ağstafa rayon Həsənsu kənd sakini Bayramlı Minar Sentyabr ayının 27-sində bir yaşlı ÖVLADINI və bu xəbərdən, həmçinin həkim məsuliyyətsizliyinə görə sarsılan, stress keçirən ATASINI elə həmin xəstəxanadaca itirib. Saytımıza açıqlamasında M.Bayramlı bu faciəyə səbəb olan həkimin cəzalanmasını istəyir: "Övladım Səyyad Bayramlının 17 Sentyabr tarixində cari həkim yoxlanışı nəticəsində ürək klapanında ciddi qüsur olduğu ortaya çıxdı. 1 il müddətində uşaqda qüsurla bağlı heç bir problem, göstərici olmadığı üçün bu müddət ərzində xəstəlikdən xəbərsiz olmuşuq. Elə bunu bildiyimiz günün sabahsı ayrı-ayrı 2 xəstəxanada yoxlanış və müayinələr etdirdik. Hər iki müayinə nəticəsində belə müəyyən edildi ki, əməliyyat olunmalıdır. Bir neçə özəl xəstəxanada çalışan həkimlərə üz tutduq, əməliyyat xərci imkan xaricində olduğu üçün hətta həkimlərin özləri bunu dövlət sığortası ilə etməyimizi tövsiyə etdilər. Rayon səhiyyə qurumuna müraciət etdik, onlar isə sığorta ilə ancaq Topçubaşov adına Elmi Cərrahiyə institutuna, şəxsən Elnur Həsənova göndərə bilirik dedilər. Üz tutduq Topçuvaşov adına cərrahiyə istitutuna, Elnur Həsənovun qəbuluna. Açığı "həkimin” qəbuluna, sığortadan imtina etməsini xahiş etmək və özəl xəstəxanaya yönəltməkdə yardımçı olması üçün getmişdik, ancaq mövzunu izah etdikdə o, bizi inamverici sözləri ilə "başqa cərrahlar sizin övladınızı öldürəcək, onlar pula görə işləyənlərdir. Mən ayda 30-dan çox uşaq əməliyyatı edirəm və indiyə kimi heç bir mənfi nəticə olmayıb. Sizin uşağınızı isə 100% əmin edirəm sağ salamat sizə verəcəm.” deyərək bizi özünə inandırdı və biz əlavə heç bir həkimlə maraqlanmayaraq bu sözlər əsasında razılaşdıq. Yoxlanışdan sonra dərhal növbəti günü əməliyyat olmasını istədi. Halbuki digər klinikalarda ən azı bir həftə müalicə olduqdan sonra əməliyyata ala bilərik demişdilər. Bu "həkim” isə "Narahat olmayın, heç bir problem olmayacaq.” dedi. Əməliyyat öncəsi isə Elnur Həsənov "sığorta bu əməliyyatı qarşılamır, 5300 AZN ödəniş edəcəksiniz.” dedi. Əslində indi bildik ki, sığortadan da paralel olaraq bu əməliyyat üçün pul alınıb.
Övladımız Səyyad əməliyyat oldu. Əməliyyat uğurla keçdi deyən Elnur Həsənov gün yarım keçməmiş uşağı oksigendən ayırıb palataya göndərdi. Uşaq palataya gələndə həddindən artıq qızdırma içində olub və nəfəs almaqda çətinlik çəkib. Bunu görən anam təcili uşağı reanimasiyaya geri qaytarmağı tələb edib. "Məndən çox biləcəksiniz?!” deyən Elnur "həkim”, təkidi görərək uzun çəkişmə sonrasından uşağı reanimasiyaya qaytarmağa razı olub. Uşağı aparanda reanimasiyanın qarşısında övladımın gözlərinin yumulduğunu, qısa və gec-gec nəfəs aldığını görən yoldaşım "uşağa yardım edin!” desə də "Narahat olmayın, hər şey qaydasındadır.” deyərək onu rahatlaşdırmağa çalışıblar. Biz yəqin edirik ki, övladım elə həmin ərəfədə dünyasını dəyişib. Ancaq ölüm xəbərini təxminən 12 saat sonra, gecə saat 23:20 radələrində deyilib. Bu xəbəri eşidib təcili xəstəxanaya getdik orada nə həkim, nə də bu işdə məsul olan digər şəxslər yox idi. Nə qədər zəng etsək belə Elnur Həsənov telefonlara cavab vermədi və bizim bütün nömrələri blok etdi. Polis çağırdıq və polis belə zəng etdi ancaq nəticə eyni idi. Bir xəstədən məsul olan şəxs niyə belə bir şey etsinki? Məncə cavab bəllidir. Özünə cərrah adı verən Elnur Həsənov belə etinadsızlığını və məsuliyyətsizliyini ört-basdır etməklə kimə arxayındır? Həm sığortadan, həm xəstə yaxınlarından pul alan, dövlətin vətəndaşlara verdiyi imtiyazlardan öz şəxsi marağı üçün sui istifadə edən bu "biznesmen həkim”in insan həyatı üzərində qurduğu bu biznesə kim dəstək verir? Mən bir ata olaraq bu məsələni axıracan gedəcəyəm və növbəti balaları bunlar kimi cəlladlardan qorumaq üçün əlimdən gələni edəcəyəm. Qeyd edim ki, məsələ hal-hazırda prokuraturadadır və ekspertiza nəticələrini gözləməkdəyik. Ümid edirik, ekspertiza öz növbəsində doğru cavablar verəcək və həkim məsuliyyətsizliyi nəticəsində ölüm faktı aşkar olunacaqdır.
Bütün bu gərginliklər arasında mən həmin gün həkim məsuliyyətsizliyi nəticəsində növbəti ailə üzvümü də itirdim. Bu xəbərdən sarsılan atam Bayramov İbadət bütün bu məsələlərin gərginliyi arasında ağır infakt keçirdi. Xəstəxanadan ürək tutmasına görə nə qədər kömək istəsək belə səsimizə səs verən yarım saat sonra tapıldı. Bıyabırçılıq orasındadır ki, həmin xəstəxanaya təcili yardım çağırmalı olduq. Daha sonra yuxudan ayılan Topçubaşov xəstəxanasının növbətçi həkim kardioloqu gəldi, guya yoxladıqdan sonra "Xəstədə heçnə yoxdur, havaya çıxarıb gəzdirin dedi.” İnfakt olduğunu bilmədik ancaq hər ehtimala Republika xəstəxanasına maşın ilə apardıq ki, orada heç olmasa dəqiq yoxlanış olsun. Yoxlanış nəticəsində həkim bildirdi ki, çox ağır infakt keçirib. Və bu xəbərdən 10 dəqiqə sonra atamı da itirdik.
Bir gündə etinadsızlıq, vəzifələrini doğru yerinə yetirməyən həkimlər ucbatından ailəmin 2 üzvünü itirdim. Dövlətin qanunlarına qarşı addım atan, bu imtiyazlardan "öz cibi” üçün istifadə edən Elnur Həsənovla bağlı Səhiyyə nazirliyinə, 1-ci vitse prezident Mehriban xanıma və cənab Prezident İlham Əliyevə bu günlərdə müraciətimizi ünvanlayacağıq. Günahkarın yaxın zamanda cəzalanacağına ümid edirik və bütün valideynlərə bir valideyn olaraq belə həkimlərə özünüzü və ya yaxınlarınızı etibar etməmişdən öncə dərindən araşdırmağı tövsiyə edirik.”
7NEWS.az saytı olaraq mərhumların yaxınlarına səbr diləyirik. Müraciətlərinin nəticəsi olmağı üçün biz də əlimizdən gələni etməyə çalışacağıq. Ölkəmizdə bu kimi həkimlərin belə ölümə səbəb səhvlərinə son vermək üçün vətəndaş olaraq hər birimiz onları qınamalı və insan həyatı üzərində qurulan bizneslərini ifşa etməliyik.
7NEWS
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək