2018-ci ilin ən yaxşı səfiri kim olacaq? – “İLİN SƏFİRİ” SORĞUSU BAŞLADI

2018-ci ilin ən yaxşı səfiri kim olacaq? – “İLİN SƏFİRİ” SORĞUSU BAŞLADI

İCMAL.az Analitik Təhlil Saytı (İCMAL ATM) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) daha bir maraqlı sorğuya start verdi. Budəfəki sorğu "İLİN SƏFİRİ 2018” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir.

 

Bu barədə Saytımıza məlumat verənİCMAL ATM-in və ASGA sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi:"Bu tip sorğular demək olar ki, bütün dünyada keçirilir. Avropa ölkələrində bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL ATM və ASGA olaraq bir neçə istiqamətdə sorğular reallaşdırırıq. Bu sorğuda əsas məqsədimiz diplomatiya sahəsində həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaq, bu sahəyə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki diplomatiya sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsiwww.ASGA.az saytında həyata keçirilir. Səsvermələr 11 fevral 2019-cu il tarixə qədər davam edəcək. 1-ci yerdə qərarlaşan respondet İCMAL.az Anlitik Təhlil Saytı redaksiyası və ASGA tərəfindən "İLİN SƏFİRİ 2018” nominasiyası üzrə qalib elan ediləcək, rəsmi plakat və medal təqdim olunacaqdır.

Bir daha məlumat üçün qeyd edirik ki, Sorğu QHT-nin rəsmi internet səhifəsiwww.ASGA.az saytında həyata keçirilir.

Son 5 ildə reallaşan sorğuların qalibləri aşağıdakı səfirlərimiz olmuşlar:

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli dəfiriPolad Bülbüloğlu

Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vilayət Quliyev

Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov

 

İCMAL.az

 


Xəbər lenti