Evdə qal və muzeylərə səyahət et

Evdə qal və muzeylərə səyahət et

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları "Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanmışdır.

 

"Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

 

Layihə çərçivəsində növbəti virtual səyahətAzərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti video təqdimat ilə davam edir.

Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür.
Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.

 

Azərbaycan Milli İncəsənət Muzeyinə növbəti virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

 

https://www.facebook.com/youthfundaz/videos/869600536843069/

 

https://www.facebook.com/cvntv/videos/155212562588510/

 

https://www.youtube.com/watch?v=ezHIMDxY31I

Xəbər lenti