“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Avrozonada ticarət və Almaniyadan sənaye dövriyyəsinə dair fundamental göstəricilərin zəif açıqlanması, avronun da ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, avro 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi ucuzlaşa bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da dərc ediləcək Almaniyada inkişaf perspektivlərini ölçən indeks üzrə proqnozlar da zəifləyib.

 

GBP.

GBPUSD isə avrodan fərqli olaraq dəstək görməkdədir, xüsusilə, bahalaşan neft qiymətləri fonunda. Bu mənfi korrelasiya davam edəcəyi təqdirdə, funt sterlinq 1.37$-a kimi korreksiya edə bilər.

Çərşənbə axşamı saat 10:00-da İngiltərənin əmək bazarı ilə bağlı da önəmli fundamental göstəricilərin yayımlanması gözlənilir.

 

TRY.

USDTRY məzənnəsi üzrə bahalaşma dinamikası zəifləsə də davam etməkdədir və növbəti önəmli müqavimət səviyyəsi 9.24TL-dir.

 

OIL.

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunda ticarət edilməkdədir və 85$-ın qırılması ilə 90$-a kimi də dəyər qazana bilər.

Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Qlobal siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yenidən artmasına səbəb olur. Beləliklə, 1770$-ın (56.9$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1800$-a (57.9$/qram) kimi dəyər qazana bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

Xəbər lenti