“O xanımın özü boyda ürəyi var” – Deputat Milli Məclisin sədri haqda danışdı...

“O xanımın özü boyda ürəyi var” – Deputat Milli Məclisin sədri haqda danışdı...
"Əslində Milli Məclisin sədri, çox hörmətli Sahibə Qafarova şəhid və qazi ailələrinə qarşı hər zaman diqqətli və son dərəcə həssas olub. Yəni, dünən reallaşan hadisə ilk deyil, sadəcə davamdır. Əvvəlki dövrlərdə də bu müqəddəs insanların ailə üzvləri və qazilərimizin şəxsən özləri tərəfindən Parlamentə daxil olan iş müraciətləri müsbət qarşılanıb və onlar müvafiq vəzifələrə təyin olunublar. Eyni zamanda dəyərli qazilərimizdən birinin atası, hörmətli Eldar müəllim vəzifədə irəli çəkilib. Qısası, demək istədiyim budur ki, Sahibə Qafarova tərəfindən atılan növbəti təqdirəlayiq addım gözlənilən idi. Bu xanımın özü boyda ürəyi var və atdığı bütün addımlar da əsl dövlətçilik və içdən gələn milli təəssübkeşlik fəlsəfəsinə köklənib”

7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadənin və qazi Abbas Yusifovun Milli Məclisdə işlə təmin olunmasına münasibət bildirərkən söyləyib.
"Cəbrayıl 19 yaşında elə qəhrəmanlıq səlnaməsi yazıb ki, elə rəşadət göstərib ki, bu tarix, bu şücaət əsrlər boyu unudulmayacaq. Onun kimi dəyərlilərin ailəsi isə bu dövlətə, bizlərə əmanətdir. Sahibə xanım da sağ olsun ki, Cəbrayıl adlı müqəddəsimizin anasına, eyni zamanda Abbas qardaşımıza etimad göstərib, onların Milli Məclis ailəsinin üzvü olmasına şərait yaradıb. Məleykə xanımın, Abbas Yusifovun və digər qəhrəmanlarımızın, həmin qəhrəmanların ailə üzvlərinin Parlamentdə olması, onlarla bərabər çalışmaq, işləmək bizlər üçün də şərəf və qürurdur” – deyə millət vəkili fikirlərinə davam edib.
Нет описания.

Xəbər lenti