“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
24 May 2022, 09:55
24 May
2022
09:55
472
Mayın 23-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb.
Tədbirdə Prezident Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin təmsilçiləri, hakimlər, sahibkarlar, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək ictimai müzakirənin əhəmiyyətini qeyd edib, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə görülən tədbirlərə toxunub. Bildirib ki, DİM-lərin icrasında vətəndaş cəmiyyəti institutları daha fəal olmalıdır. Azərbaycanda dörd minə yaxın QHT qeydiyyat keçib və onların əksəriyyəti ölkəmizin ictimai-siyasi həyatında və digər sahələrdə kifayət qədər aktiv fəaliyyət göstərirlər.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dinamik inkişaf siyasəti nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsinin dəfələrlə aşağı düşdüyünü, ifrat yoxsulluğun tamamilə aradan qalxdığını bildirib: "Prezidentin müvafiq Sərəncamı ilə 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən il dövlətimizin başçısının digər Sərəncamı ilə Milli İnkişaf Prioritetləri də təsdiq olunub ki, həmin sənədin əsas istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərə qayıdışın mərhələli formada təmin olunmasıdır”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında bu istiqamətdə görülən işlər barədə məlumat verib, bu il iyunun 13-də BMT ilə memorandumun imzalanacağını bildirib. Agentliyin artıq bir ilə yaxındır fəaliyyət göstərdiyini vurğulayan A.Əliyeva Agentliyin ictimai əhəmiyyətli təşəbbüsləri daim dəstəklədiyini, ictimai iştirakçılığı təşviq etdiyini bildirib, DİM təşəbbüslərinə çox böyük önəm verdiyini deyib: "Biz artıq altı aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik və orada QHT-lərlə bir sıra görüşlərimiz oldu, müzakirələr aparıldı”.
Sonra tədbir panel iclaslarında aparılan müzakirələrlə davam edib. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçən "Dayanıqlı inkişaf üçün sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi” adlı birinci iclasda nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov, İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə, qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə, BMT-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Şəms Mustafayeva çıxış ediblər. Çıxışlarda DİM-lərin icrası üçün dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının, bütün səviyyələrdə səmərəli, məsuliyyətli və şəffaf təşkilatların yaradılmasının zəruriliyindən söhbət açılıb.
"Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin və QHT-lərin rolu” adlı ikinci panel iclasına Mediasiya Şurasının sədri Nadir Adilov moderatorluq edib. Panel iclasında çıxış edən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova vətəndaş cəmiyyətinin savadlandırılması yolu ilə DİM barədə məlumatlılığın artırılması, qanunun aliliyinin təşviqi və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanının təmin edilməsi mövzusunda həyata keçirilən tədbirlərdən danışıblar.
Aparılan müzakirələrdə Dayanıqlı İnkişaf üzrə 16-cı məqsədin icrasına xidmət edən ədalət mühakiməsinin əlçatanlığının təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan qanunvericilik, institusional və praktiki tədbirlər, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin yaradılması, "Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin önəmi barədə söhbət açılıb. Eyni zamanda, ədliyyə sahəsində əhaliyə şəffaf, operativ və resurslara qənaət etməklə hüquqi xidmətlərin göstərilməsi, elektron və mobil xidmətlərdən istifadə, ictimai iştirakçılığın geniş təşviqi barədə faydalı fikir mübadiləsi aparılıb.
Sonda maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda hərtərəfli tərəqqiyə yönələn məqsəd və hədəflərə nail olunması üçün ardıcıl tədbirlər görülür. Bu sahədə qarşıya qoyulan vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən dövrdə bir çox hədəflər, o cümlədən sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxışın təmin edilməsi üzrə mühüm nailiyyətlər əldə olunub. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib