“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
09 Yanvar 2023, 12:20
09 Yanvar
2023
12:20
313
(ABŞ-da inflyasiya göstəriciləri öncəsi dollar kəskin ucuzlaşdı)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin son ticarət günündə ABŞ-da əmək bazarına dair 2022-ci ilin son statistik göstəriciləri dərc olundu. Noyabr ayına nəzərən geriləyən "NFP”-nin dekabr ayında proqnozlaşdırılandan daha çox artmasına baxmayaraq, əmək haqlarındakı geriləmə, həmçinin, sənaye və xidmət sektorlarında iqtisadi aktivliyin neqativ zonaya düşməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Nəticədə dollar indeksi son bir ayda 10-cu dəfə 103.50 bənd hədlərinə gerilədi. DXY bu psixoloji baryerin altına düşsə və "ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Əksinə "buğa”lar qiyməti 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.
Bu həftə cümə axşamı Amerikada dərc olunacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın hansı istiqamət üzrə davam edəcəyində həlledici rol oynaya bilər.
EUR
Cümə günü dolların kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi yenidən 1.06$ hədlərinin üzərinə yüksəldi. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.09$-ə qədər bahalaşa bilər.
GBP.
Ötən həftənin sonu 1.21$-a kimi bahalaşan GBPUSD məzənnəsindən tendensiyanın necə davam edəcəyinə bu həftənin cümə günü İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər. Nəticələr proqnozlaşdırılan kimi kəsrlə açıqlanarsa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
OİLUK
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində, eləcə də Yaponiyada "COVİD-19"-a yoluxma hallarının görünməmiş artımı yenidən sərt karantin tədbirlərini, səyahət qadağalarını gündəmə gətirib ki, nəticədə Brent neftinin bir barel üzrə qiyməti 78$-a ucuzlaşdı. Əgər "ayı”lar qiyməti bu psixoloji dəstək həddinin altına sala və bu həddin altında saxlaya bilsələr, eniş tendensiyası 70$-a qədər davam edə bilər.
GOLD.
ABŞ-da ötən həftə Emal Sənayesində Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilərin ardıcıl 3-cü ayda da geriləyərək 2022-ci ili neqativ zonada başa vurması investorların Amerika iqtisadiyyatına inamının daha da azalmasına səbəb oldu. Nəticədə qızıl 1870$ hədlərinə kimi bahalaşdı. Ötən həftəni 1866$-da tamamlayan qiymətli metalın bir unsiya üzrə dəyəri dollar indeksində eniş tendensiyası davam edərsə və "buğa”lar qiymətləri 1870$ həddindəki müqavimət səviyyəsinin üzərində saxlaya bilsələr, 1896$ və 1942$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz