“Ağdamda böyük həcmli quruculuq işləri başlayıb” - DEPUTAT

“Ağdamda böyük həcmli quruculuq işləri başlayıb” -  DEPUTAT
 

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağdamda, Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində söylədiyi mükəmməl nitq, əhatəli çıxış Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı həmin çıxışda son dərəcə mühüm məqamlara toxundu və işğaldan azad olunan torpaqlarımızın yenidən dirçəlməsi, inkişafı ilə bağlı fikirlərini bölüşdü” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Ağdama ermənilər tərəfindən sözün gerçək anlamında terror edilib. Yırtıcı və vəhşi düşmən burada daş üstə daş qoymayıb, dəmirə, kərpicə qədər hər şeyi haralarasa satıb. Onlar hətta məscidləri belə dağıdıblar, heç bir sərhəd tanımayıblar.  Və bu vəhşət düz 30 ilə yaxın davam edib. Amma beynəlxalq təşkilatlar həmin mənzərəyə susqun qalıblar. Birbaşa təyinatı və missiyası münaqişənin həlli istiqamətində addımlar atmaq olan ATƏT-in Minsk Qrupunun, digər beynəlxalq təsisatların nümayəndələri də 30 il ərzində Ağdama, işğal altında olan digər bölgələrə səfərlər etmişdilər, bu dağıntıları görmüşdülər, ermənilərin vandal hərəkətlərinə öz gözləri ilə şahidlik etmişdilər. Amma bununla belə ermənini qınamamışdılar, ermənini sıxışdırmamışdılar, BMT-nin Qətnamələrinin icra edilməsinə nail ola bilməmişdilər. Hətta nəinki nail ola bilmək, heç buna cəhd belə etməmişdilər.

Azərbaycan hər işi özü gördü. Öz gücü və öz qüdrəti sayəsində qələbə qazandı. Əzəli torpaqlarımız işğaldan azad edildi. Qəhrəman Ordumuz tarix yazdı.

Bu gün artıq Qarabağımız dirçəlir. Ağdamda da ciddi quruculuq işləri başlayıb. Dəyərli həmvətənlərimizin öz doğma yurd-yuvalarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər edilib. Maksimum 2 ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaq. Eyni zamanda artıq Ağdam şəhərində min yerlik məktəb tikilir.

Bütün bu proseslər ondan xəbər verir ki, doğma Qarabağımızın tamamən dirçələcəyi gün uzaqda deyil.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti