Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
27 Yanvar 2023, 17:08
27 Yanvar
2023
17:08
271
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib. "Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların icra hakimiyyətlərinin rəsmiləri regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov "Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin 10-dan çox tabeli qurumu, eləcə də 50-dən çox yerli və xarici şirkət iştirak edib. Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib. Tədbirdə həmçinin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rol oynayan müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar nümayiş olunub, qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişafına hədəflənən prioritet istiqamətlər üzrə məlumat sessiyaları keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri "Kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər” və "Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri” barədə fermerləri maarifləndirib. Eyni zamanda, "Kənd təsərrüfatında tətbiq olunan texnologiyalar və fermerlərə dəstək”, "Taxıl əkinlərində optimal müddətdə aqrotexniki qulluq işlərinin aparılması”, "Sadə üsulla heyvanlar üçün yemin hazırlanması”, "Yeni süd sağım texnologiyaları”, "İnnovativ suvarma texnologiyaları” mövzularında təlimlər keçirilib.
Festivalda heyvandarlıq sahəsinə aid innovativ yeniliklər də sərgilənib. Süni Mayalandırma Mərkəzi tərəfindən süni mayalandırma və embrion köçürülməsi yolu ilə doğulan mələzlər nümayiş edilib. Həmçinin, festival zamanı Baytarlıq və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri tərəfindən səyyar baytarlıq xidməti həyata keçirilib. Müraciətə əsasən Ağdaş rayonunun Ləki kəndindəki fermer təsərrüfatına baxış keçirilərək lazımi tədbirlər görülüb. Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.
Xəbər lenti
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
-
12:54“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
19:42Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır
-
19:35AZTV-də 5 saatlıq yeni il şousu olacaq
-
13:40“Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını davam edir
-
15:17“Kristal Abşeron“dan açıqlama
-
14:06Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb - GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ
-
11:26"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
22 Fevral 2024
21 Fevral 2024
20 Fevral 2024
19 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SOSİAL
İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
SOSİAL
“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb