ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub

ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib. 
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub. 
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı tədbir iştirakçılarına nümayiş olunub.  
Universitetin rektoru Zəfər Qurbanov tələbə və müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bu il qəbul planı son 10 ildə ən yüksək göstəricisinə çataraq 94.77% olub. Bu da ölkəmizin yeganə aqrar yönümlü ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinə abituriyentlər tərəfindən marağın günbəgün artdığının, göstərilən dövlət qayğısının öz nəticələrini verdiyinin bariz nümunəsidir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəb Öztop da çıxış edərək təbriklərini səsləndiriblər.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun təbrikini kollektivə çatdırıb. 
Sonda ADAU-ya yüksək balla qəbul olan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
 








Xəbər lenti