Adil Əliyev: “Media haqqında” yeni qanun layihəsinin hədəfi jurnalistikanın inkişafı üçün səmərəli mühit formalaşdırmaqdır"
16 Dekabr 2021, 19:56
16 Dekabr
2021
19:56
623
"Media haqqında” qanun layihəsinin hazırlanmasına zərurət hazırda qüvvədə olan Kütləvi İnformasiya Vasitələri haqqında qanunun qəbul edildiyi 1999-cu ildən indiki dövrədək media sahəsində yeni reallıqların yaranmasından irəli gəlir. Bir tərəfdən yeni texnologiyaların media sahəsində geniş tətbiqi, digər tərəfdən də müasir media vasitələri ilə ənənəvi mətbuat arasında yaranmış fərqlər bu reallıqların əsas komponentləri kimi qeyd edilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Milli Məclis sədrinin müavini qeyd edib ki, dünyada informasiya təhlükəsizliyi ayrıca bir istiqamət olaraq inkişaf etməkdədir. Dünyanın qabaqcıl dövlətləri informasiya təhlükəsizliyi məsələsinə qanunvericilik bazasının möhkəmləndirilməsi və praktik məsələlərin həlli baxımından xüsusi diqqət ayırırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız böyük Zəfərimizdən sonrakı dövrdə Azərbaycan bu istiqamətdə gördüyü işləri daha da təkmilləşdirmək əzmindədir. "Media haqqında” yeni qanun layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə çıxarılması da bu əzmin təzahürüdür.
Adil Əliyev bildirib ki, yeni qanun layihəsinin əsas məziyyətləri ölkəmizin informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədini daşıması və bu məqsədə söz azadlığı, jurnalistlərin maneəsiz fəaliyyəti və digər demokratik prinsiplərə sadiq qalmaqla xidmət etməsidir. Demokratik prinsiplərə sadiqliyin nəticəsində yeni qanun layihəsi sosial şəbəkələrin, blogerlərin və vətəndaş jurnalistikası ilə məşğul olanların fəaliyyətini tənzimləmir. Eyni zamanda, internet televiziyalarının fəaliyyəti üçün azad mühit nəzərdə tutaraq onların lisenziya almasını məcburi etmir. Çap mediası və onlayn media orqanlarının təsis edilməsi üçün dövlət qurumlarından icazə tələb olunmur.
Qanun layihəsində Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu qeyd edən Milli Məclis sədrinin müavini qeyd edib ki, media orqanlarının fəaliyyətə başlamazdan öncə müəyyən məlumatları təqdim etməsi yeni bir şərt deyil. Sadəcə olaraq, Media Reyestri belə məlumatların sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Onlayn media orqanları haqqında məlumatların da Media Reyestrinə daxil edilməsi nəzərdə tutulur. Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən media orqanlarının sayının müəyyənləşdirilməsi və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsinə xidmət edir. Xüsusən də Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından önəm kəsb edir. Digər tərəfdən isə, bu Reyestrin formalaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsi zamanı müsbət rol oynayacaq və pərakəndəliyin qarşısını alacaq.
"Qanun layihəsində Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi təklif olunur. Bu vəsiqənin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Bu o deməkdir ki, belə vəsiqə almayan jurnalistlər də sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, media qurumları onlarla çalışan əməkdaşları üçün özlərinə aid vəsiqələr verə bilərlər. Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi neqativ halların, xüsusən də "reket jurnalistikası” adlandırılan fəaliyyətlərin qarşısının alınmasına yönəlib.
Qeyd edilənlər göstərir ki, media haqqında yeni qanun layihəsi media və jurnalistika sahəsində şəffaflığa, keyfiyyətli xəbər istehsalına, jurnalistlərin hüquqlarının effektli müdafiəsinə, media orqanlarının müxtəlif layihələrdən yararlana bilməsinə və son nəticədə, demokratik prinsiplərlə fəaliyyət göstərən milli medianın inkişafına və informasiya təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edəcək”, - deyə Adil Əliyev vurğulayıb.
Milli Məclis sədrinin müavini qeyd edib ki, Vətən müharibəsi zamanı yaşadığımız təcrübə göstərdi ki, milli informasiya məkanımıza xaricdən neqativ, hətta düşməncəsinə müdaxilə etmək cəhdləri olur, dezinformasiya və saxta xəbərlər yayılır. Həmin dövrdə media sahəsindəki boşluqlar daha aydın nəzərə çarpdı və boşluqları doldurmaq üçün bu sahədə yeni qanunun qəbul edilməsi zərurəti üzə çıxdı.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)