Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib

Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
Milli Məclisdə növbəti dəfə şəhid ailələrini, qaziləri və müraciət edən vətəndaşları qəbul etdim. Qəbul zamanı müxtəlif məzmunlu müraciətlər tərəfimdən dinlənilərək, bəzilərinin yerindəcə həll edilməsinə nail olundu. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həll edilməsi ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması məqsədilə göstərişlər verildi. Ünvanıma daxil olan bütün növ müraciətlər tam, hərtərəfli araşdırılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılmaqla, həllinə nail olunur.

Adil Əliyev 
Milli Məclisin deputatı

Xəbər lenti