“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təşəbbüs Xeyriyyə” İctimai Birliyinin "Regionlarda Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində seminar keçirilib.

Keçirilən seminarı "Loqos” un psixoloqu, BDU-nin müəllimi Könül Cəfərova aparıb. Psixoloq mövzu əsasında iştirakçılara geniş məlumat verib və bildirib ki, seminarın mövzusu olduqca aktualdır. Psixoloq bu seminarın Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslə vətən, millətə sevgi hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə təşkil olunduğunu bildirib. Seminar çərçivəsində bildirilib ki, dünya dəyişir və onun ilk baxışdan əbədi görünən dəyərləri transformasiyaya uğrayır. Hazırda Qərb dünyasında dərin ailə böhranı yaşanır. Klassik, ənənəvi ailə arxa plana atılır. Psixoloq deyib ki, Azərbaycan ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş spektrdə ehtiyatlara malikdir. Azərbaycan Respublikasında ailə, ana, ata və uşaqların dövlət dəstəyi tam təmin olunur. Müasir ailə problemləri müxtəlif şaxəliliyi ilə seçilir. Odur ki, ailə institutuna dayaq məqsədi ilə bütün resurslarında istifadə olunmalıdır.

Seminarın sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihə çərçivəsində regionlarda iki seminar keçirilib.


Xəbər lenti