Anım Günündə daşınan plakatlar arasında öz oğlumun şəklini də gördüm
30 Sentyabr 2021, 18:00
30 Sentyabr
2021
18:00
870
İcra Hakimiyyətinin başçısının şəhid ailələrini ziyarəti davam edir
Vətən müharibəsinin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu bu ziyarətlərdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri müşayət edirlər. Ziyarət zamanı hər bir ailəyə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunur.
Sentyabrın 30-da növbəti belə ziyarət Mingəçevirdə məcburi köçkünlər üçün inşa edilmiş "Yeni Həyat” qəsəbəsindəki fərdi evdə məskunlaşmış şəhid Səbuhi Məmmədovun ailəsinin evinə edildi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq-mühafizə orqanlarının rəhbərlərini şəhid Səbuhi Məmmədovun həyat yoldaşı Leyla xanım qarşıladı. Qonaqlar üçün açılmış çay süfrəsində baş tutan səmimi söhbət əsnasında şəhidin həyat yoldaşı Leyla xanım dövlət tərəfindən onlara göstərilən dəstəkdən ötəri öz təşəkkürünü bildirdi. İcra başçısı qeyd etdi ki, prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Anım Günündə keçirilən paradda şəxsən iştirak etmələri onların torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında duyduqları dərin hörmət və ehtiram hissinin təzahürü idi.
Görüşdə şəhid Səbuhi Məmmədovun həyat yoldaşı ilə yanaşı onun övladları da iştirak edirdi. İlham İsmayılov şəhidin azyaşlı övladlarının hər biri ilə ayrıca danışdı, onları maraqlandıran sualları cavablandırdı və istəklərini dinlədi. Şəhid qızı, şəhər 19 nömrəli məktəbin 9-cu sinif şagirdi Aytac Məmmədova başçıdan xahiş etdi ki, atasının adının əbədiləşdirilməsinə köməklik göstərsin. Buna cavab olaraq İlham İsmayılov bildirdi ki, müharibədə şəhid olan şəxslərin adlarının əbədiləşdirilməsi ilə bağlı yeni qanun layihəsi artıq parlamentin müzakirəsinə çıxarılıb. Yeni qanun layihəsi qəbul olunduqdan sonra, qüvvəyə minəcək qaydalara uyğun olaraq balaca Aytacın da atasının adının əbədiləşdirilməsi məsələsinə baxılacaq. Şəhid oğlu Ədilşah isə idmanın "kikboksinq” növü ilə maraqlandığını və yarışlara qatılmaq istədiyini bildirdi. Bununla bağlı, İcra Hakimiyyətinin başçısı müvafiq qurum rəhbərlərinə tapşırıq verəcəyini bildirərək, onun bu idman sahəsində özünü yetişdirməsinə hər bir şəraitin yaradılacağını bildirdi. Yeri düşmüşkən, uşaqların anası Leyla xanım oğlu Ədilşahın atasının itkisi ilə bağlı ciddi sarsıntı keçirdiyini dilə gətirməsinə cavab olaraq isə, İlham İsmayılov uşağa lazımi psixoloji yardım göstərilməsi üçün könüllü olaraq bu işə görmək istəyən həkim-psixoloqlara müraciət edəcəyini və qısa müddət ərzində şəhidimizin oğlunun psixoloji sarsıntılara qalib gəlməsinə peşakar dəstəyin göstəriləcəyini söylədi.
Şəhid Səbuhi Məmmədovun ailəsinin evindən ayrıldıqdan sonra İcra Hakimiyyətinin başçısı onu müşayət edən rəsmi şəxslərlə birlikdə eyni qəsəbədə yaşayan şəhid Nicat Haciyevin ailəsini ziyarət etdi. Qonaqları şəhidin anası Əsli xanım qarşıladı. İcra Hakimiyyətinin başçısı ilə söhbətində şəhid anası diqqət göstərib onun evini ziyarət etdiyi üçün başçıya öz təşəkkürünü bildirdi. İlham İsmayılov öz növbəsində, şəhid ailələrinə dövlət səviyyəsində qayğı və qulluğun göstərilməsinin ən mükəmməl nümunəsini prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər kəsə nümayiş etdirdiklərini vurğuladı. Onun sözlərinə görə, bu gün bütün dövlət qurumlarının birmənalı şəkildə şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tərkib hissəsidir.
Şəhid anası Əsli xanım Anım Günündə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın paradda iştirak etmələri və özlərinin də şəhid şəkli əks olunan plakat daşımalarından böyük qürur hissi keçirdiyini, buna görə dövlət başçısı və birinci xanıma sonsuz dərəcədə minnətdar olduğunu söylədi. Kövrələrək "parad zamanı daşınan plakatlar arasında öz oğlumun şəklini də gördüm və böyük bir qürur hissi keçirdim” deyən Əsli xanım, sonra göz yaşlarını silərək əlavə etdi ki, "Neynək olmamalıydı, amma oldu. Ölməməliydi amma öldü. Təki vətən sağ olsun.”
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV