“Artıq maska yırtılıb...” – Elşən Musayev

“Artıq maska yırtılıb...” – Elşən Musayev
 

"İran, normal qonşuluq siyasəti apara bilmədi, yanlış xətt götürdü, İslam düşməni olan erməniyə qucaq açdı. Ona görə də cavabı verilir və hətta ən sərt şəkildə verilir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bunların hələ casus şəbəkələri və agentləri də var. Onlar da ifşa olunur. Az qala hər gün, hər həftə.

İran heç bir zaman Azərbaycana qarşı səmimi siyasət yürütməyib, həmişə saxta olub. Sadəcə indi artıq əsl üzlərini və simalarını gizlədə bilmirlər. Çünki maska yırtılıb.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti