ATƏT PA-nın vitse-prezidenti: “AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir”

ATƏT PA-nın vitse-prezidenti: “AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir”

 

"Hesab edirəm ki,AŞPA-nın nümayəndə heyətinin rəhbəriSəməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir. Heç bir əsasa söykənmir və mən bunu qərəzli mövqe hesab edirəm".

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvüAzay Quliyevdeyib.

A. Quliyev bildirib ki, hazırlanmış hesabat özü ziddiyyətlərlə doludur: "ŞəxsənSəməd Seyidovun korrupsiya məsələsində rolunu sübut edəcək bir dəlil yoxdur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki,AŞPAheç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır".

AzərbaycanınAŞPA-dan çıxma ehtimalının olub-olmadığına münasibət bildirən A. Quliyev deyib ki, Azərbaycan qurumun ən fəal üzvüdür: "Hesab etmirəm ki, olanlarla bağlı Azərbaycan Avropa şurasından çıxsın. Azərbaycan qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Azərbaycanın dairələrin təzyiqi altında, onların provokativ istəyi ilə öz qərarına yenidən baxmaq,AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alınmalıdır ki, bu gün AzərbaycanAvropa İttifaqı və Avropanın əsas ticarət tərəfdaşıdır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır, ölkəmizdə TAP,TANAP,Bakı-Tbilisi-Qarskimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır".

Azərbaycan nümayəndə heyətinin rəhbərinin dəyişdirilməsi məsələsinə münasibət bildirən A.Quliyev deyib ki, nümayəndə heyətinin rəhbəriSəməd Seyidovun istefa verməsini mənəvi baxımdan düzgün hesab etmir.

A.Quliyev qeyd edib ki, qərarın bütövlükdə ədalətsiz, qərəzli, haqsız olduğunu bilərək nümayəndə heyətinin dəyişdirilməsi düzgün olmaz: "Siyasi baxımdan isə vəziyyətin, yanaşmanın necə olacağını Səməd Seyidovvə Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir.Mənim fikrimcə, bu,Səməd Seyidova haqsızlıqdır və onu nümayəndə heyəti rəhbərliyindən uzaqlaşdırmaq düzgün olmaz".


Xəbər lenti