Avropa gənc liderləri ölkəmizə təşəkkür etdi - FOTO
Avropanın 30-dan çox nüfuzlu gənclər təşkilatının sədri Bakıda "Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumuna toplaşıb.
Azərbaycan Gənclər Fondundan verilən məlumata görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfər ərəfəsində baş tutan Forumun əsas mövzusu Avropada sülh və təhlükəsizliyin möhkəmləndirilməsində gənclər təşkilatlarının rolu olacaqdır.
Forumun açılış mərasimində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər, fəal gənc ekspertlər və ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının rəhbərləri, millət vəkilləri və hökumət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldığını bildirib, şanlı Zəfərimizin ildönümündə nüfuzlu beynəlxalq gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan forumun haqlı mövqeyimizin daha geniş miqyasda təqdimatı üçün uyğun platforma olduğunu vurğulayıblar.
Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri münaqişənin və işğalın bitməsinin Avropada sülh və təhlükəsizliyin möhkəmlənməsində xüsusi rolunu diqqətə çatdıraraq, Azərbaycana bu xüsusda təşəkkürlərini bildiriblər. Qeyd olunmuşdur ki, bu zəfər Azərbaycan xalqı ilə yanaşı beynəlxalq ictimaiyyət üçün də xüsusi əhəmiyyət daşıyır çünki münaqişənin bitməsi beynəlxalq hüququn və ədalətin təntənəsi idi.
Forum çərçivəsində, həmçinin sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirələri təşkil olunub. Müzakirələr zamanı Azərbaycan xalqını qələbə münasibətilə təbrik edən qonaqlar, işğala son qoyulmasının Avropada sülh və təhlükəsizliyin təmin olunmasına verəcəyi müsbət töhfələr barədə danışıb, Azərbaycan tərəfinin regionda sülhün bərqərar olunması ilə bağlı davamlı çağırışlarını pozitiv dəyərləndiriblər.
Növbəti günlərdə Forum iştirakçıları dövlət qurumlarında görüşlər keçirəcək, Vətən müharibəsi dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərinə, eləcə də işğaldan azad edilmiş, vandalizm qurbanı olan Ağdama səfərlər edəcəklər.
Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu, Avropanın gənclər təşkilatlarının iştirakı ilə mərkəzi Bakı şəhərində olan "Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.
Tədbirdən öncə forum iştirakçıları Şəhidlər Xiyabanı, I və II Fəxri Xiyabanları ziyarət edib və Bakı Konqres Mərkəzində "Qarabağ həqiqətləri fotolarda” sərgisinə baxış keçirilib.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək