Avropa İttifaqı İranın “əxlaq polisini” sanksiya siyahısına saldı

Avropa İttifaqı İranın “əxlaq polisini” sanksiya siyahısına saldı
Avropa İttifaqı İranda Məhsa Əminin ölümündən sonra başlayan kütləvi anti-hökumət etirazlarının vəhşicəsinə yatırılmasında rol oynamış İranın əxlaq polisi məmurlarına təhlükəsizlik səbəbi ilə və internetə cavabdeh olan informasiya nazirinə sanksiya tətbiq etmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, Aİ xarici işlər nazirlərinin qəbul etdiyi sanksiya qərarı çərçivəsində 11 nəfərin Aİ-dəki var-dövləti dondurulub. Bu şəxslərdən birinin əxlaq polisinin yüksək vəzifəli məmurlarından Muhammet Rüstəmi, digərinin isə Hacıəhməd Mirzay olduğu bildirilir. Bu şəxslərin Aİ ölkələrinə səfərləri də qadağan edilib.  Qərarla bağlı verilən açıqlamada İran Təhlükəsizlik Qüvvələri və bir sıra yerli polis rəhbərlərinin də etirazların "zorakılıqla yatırılmasındakı” roluna görə sanksiyaların hədəfi olduğu bildirilib. İranın informasiya naziri İsa Zarapur etirazlar başlayandan sonra internetin bağlanmasına görə məsuliyyət daşıdığı iddiası ilə sanksiya siyahısına salınıb.

7NEWS.az

Xəbər lenti