Avstraliyalı media meneceri “News Corp” və “Fox News”u yenidən birləşdirəcək

Avstraliyalı media meneceri “News Corp” və “Fox News”u yenidən birləşdirəcək
7NEWS.az xəbər verir ki, baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən "News Corporation”ın (News Corp) avstraliyalı media meneceri və səhmdarı Rupert Merdok əvvəllər ikiyə böldüyü media qruplarını yenidən birləşdirmək niyyətini açıqlayıb. Merdok 2013-cü ildə media şirkətini bölməyə qərar vermişdi. ABŞ, İngiltərə və Avstraliya başda olmaqla dünyanın bir çox ölkəsində media sərmayələri olan Murdoch, çap qəzetlərində qazanc nisbətlərinin azalması və tabloid qəzetini bağlamaq qərarından iki il sonra 2013-cü ildə iki şirkəti ayırmağa qərar vermişdi. "News Corp”, "Wall Street Journal” və "New York Post” ilə yanaşı, Britaniyanın "Times of London”, "The Sun” və Avstraliya tabloidlərində bir çox media orqanına ev sahibliyi edir.

7NEWS.az

Xəbər lenti