Aygün Əliyeva: Xarici donorlarla işləməklə bağlı məsələ qanunvericilikdə kifayət qədər aydın təsbit olunub

Aygün Əliyeva: Xarici donorlarla işləməklə bağlı məsələ qanunvericilikdə kifayət qədər aydın təsbit olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu sektordakı son vəziyyət, gözlənilən yeniliklərlə bağlı Musavat.com-a danışıb.

 Aygün Əliyeva Musavat.com-un "QHT-lər daha çox maliyyə problemlərindən gileylənir. Xüsusən bir sıra QHT-lər xarici donorlarla işləməkdə məhdudiyyətlər olduğunu deyirlər. Bu prosesdə bir açılım gözlənilirmi?" sualını da cavablandırıb:

- QHT-lər müxtəlif dövrlərdə ofis icarəsi, işçilərlə təmin olunma, sığınacaqların, müəyyən sosial xidmət sahələrinin saxlanma xərcləri, maddi-texniki bazanın yetərsizliyi və s. məsələlər ilə bağlı müəyyən maliyyə problemlərinin olmasını qeyd edirlər. Bizim növbəti mərhələ üçün əsas addımlarımız qrant siyasətinin formalaşdırılması və QHT-lər üçün kiçik, orta və böyük qrantların ayrılması olacaqdır. Biz burada istər "kiçik”, istər "orta”, istərsə də "böyük qrant müsabiqələri”ndə adından göründüyü kimi daha çox qrant vəsaitinin ayrılmasını hədəfləyirik. Konkret olaraq məbləği hal-hazırda qeyd etmək istəmirəm, çünki bu sənəd Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və cəmiyyətə açıqlanacaq.

Xarici donorlarla işləməklə bağlı sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bu məsələ qanunvericilikdə kifayət qədər aydın təsbit olunub. Hər hansı xarici donor təşkilat Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, müvafiq hüquqi prosedurları keçməlidir.

Xəbər lenti