Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü əməkdaşlıq və inteqrasiyanı dəstəkləyir”
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin Daşkənd şəhərində təşkil etdiyi "Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu" mövzusunda seminarda çıxış edib. Bu barədə ATƏT PA-nın saytı məlumat yayıb (http://www.oscepa.org/news-a-media/press-releases/2900-osce-family-supports-greater-co-operation-and-integration-among-countries-of-central-asia-and-afghanistan-osce-pa-vice-president-guliyev-says-in-tashkent).
"Mövcud regional parlament əməkdaşlığının preventiv diplomatiyanın tətbiqində rolu və Əfqanıstanın Mərkəzi Asiya regionunun siyasi inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edən ATƏT PA-nın vitse-prezidenti bildirib ki, ATƏT PA preventiv diplomatiyanın tətbiq edilməsi üçün yaxşı imkanlara malikdir.
Parlamentarilər yalnız siyasətçilərin aça biləcəyi qapıları açmağa qadirdirlər və ATƏT-in Parlament Assambleyası müəyyən ölkə və regionlarla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və parlamentarizmin təbliği üçün müxtəlif alətlərə malik olan bir təşkilatdır. Azay Quliyev deyib ki, "millət vəkilləri ictimai müzakirələr təşkil etməkdə və ya həssas mövzularda açıqlama verməkdə daha sərbəst olurlar ki, bu da hökumətin rəsmi qərar qəbul etməsindən əvvəl ictimaiyyətin reaksiyasını yoxlamağa imkan yaradır”.
Millət vəkillərinin siyasi qərarların qəbul olunması prosesində oynadıqları rolun unikallığını qeyd edən Azay Quliyev onların müxtəlif növ böhranların həllində və münaqişə sonrası yenidənqurma prosesində iştirak, parlamentlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti səviyyəsində siyasi dialoqun təbliğ edilməsi aspektlərində geniş alət seçiminə malik olduqlarını bildirib.
ATƏT PA-nın vitse-prezidenti iştirakçıların diqqətini Əfqanıstanın 2003-cü ildən etibarən ATƏT və ATƏT-in Parlament Assambleyasının Əməkdaşlıq üzrə Asiya tərəfdaşlığına və ATƏT-ə üzv olan 3 ölkə ilə (Tacikistan, Türkmənistan və Özbəkistan) həmsərhəd olmasına çəkib. Qeyd edək ki, 2010-cu ildə Əfqanıstanla əlaqədar Assambleyada xüsusi müzakirə də aparılıb.
Azay Quliyev məruzəsində həmçinin Mərkəzi Asiya ölkələri və Assambleyanın qarşılıqlı fəaliyyətinə toxunaraq bu ölkələrin deputatlarının Assambleyanın fəaliyyətlərində, o cümlədən seçki müşahidələrində fəal iştirak etdiklərini bildirib və ötən il ATƏT PA-nın o zamanki prezidenti xanım Kristine Muttonenin Daşkəndə səfəri də (10 ildən artıq müddət ərzində Assambleya prezidentinin Özbəkistana ilk səfəri) daxil olmaqla son zamanlarda əməkdaşlığa dair bir sıra müsbət tendensiyanın olduğunu vurğulayıb.
Azay Quliyev həmçinin təşkil edilmiş xüsusi qruplar, xüsusi nümayəndələr və Assambleyanın Əfqanıstanla əlaqədar qəbul etdiyi qətnamələr haqqında da məlumat verib.
A.Quliyev deyib ki, Əfqanıstan 2009-cu ildən etibarən ATƏT PA-nın bir sıra iclaslarında iştirak edir. Onun sözlərinə görə, ATƏT 2007-ci ildə Əfqanıstana sərhəd təhlükəsizliyi, polis əməkdaşlarının treninqləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yardım göstərib. 2011-ci ildən etibarən isə Əfqanıstanla siyasi və hərbi əməkdaşlıqla yanaşı, insan ölçüsü, iqtisadi və ekoloji aspektləri də əhatə etmək barədə razılığa gəlinib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışının sonunda bildirib ki, "ATƏT-in bütün üzvləri ortaq coğrafi mövqe və tarixə, eləcə də möhkəm mədəni əlaqələrə, sülh, davamlı inkişaf, sabitlik və təhlükəsizlik məqsədləri istiqamətində qarşılıqlı faydaya əsaslanan birgə layihələrin həyata keçirilməsi üçün böyük iqtisadi potensiala malik olan Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü əməkdaşlıq və inteqrasiyanın təşviqinə dəstəyini davam etdirməyə hazırdır”.
Azay Quliyev həmçinin Daşkənd şəhərində Özbəkistan Parlamentinin rəhbərliyi ilə görüş keçirərək ATƏT PA-Özbəkistan əməkdaşlığının gələcək perspektivləri haqqında müzakirələr aparıb.
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...