Azərbaycan lideri: "Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır"

Azərbaycan lideri:

"İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü bildirmək istərdim. Mən yenidən Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır".

7NEWS.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatında deyib.

"Təxminən üç ay bundan əvvəl də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb", - Azərbaycan lideri əlavə edib.


Xəbər lenti