"Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır" - DEPUTAT

"Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur".

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: "Düzdür, orada "Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

Prezident İlham Əliyev deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir.

Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev 7NEWS.az-a açıqlamasında qeyd edib ki, 44 günlük Vətən savaşı bölgədə yeni reallıqlar formalaşdırıb: "Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan sonra regionda yeni reallıqlar yaranıbdır. Azərbaycanın yaratdığı bu yeni reallıqlar regionda əməkdaşlığı daha da zəruri etməkdədir. Ancaq, təəsüflər olsun ki, Ermənistan tərəfi hələ də Azərbaycanın sülh çağırışlarını müsbət cavablandırmır, müxtəlif bəhanələr irəli atır, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən çəkinir. Bəzi hallarda isə Ermənistanın havadarları Ermənistana bu öhdəlikləri yerinə yetirməyə, sanki imkan vermir. Ancaq, açıq-aydın 3 tərəfli bəyanatda qeyd olunub ki, Ermənistan Azərbaycanın qərb əraziləri ilə,yəni, Şərqi Zəngəzurla Naxçıvan arasındakı kommunikasiyalarının bərpa edilməsini təmin etməlidir. Möhtərəm Cənab Prezident jurnalistlərə müsahibəsi zamanı bu məsələyə aydınlıq gətirib və özü də qeyd edib ki, üçtərəfli bəyanatda birbaşa Zəngəzur dəhlizi termini olmasa da, açıq aydın görünür ki, əgər bu kommunikasiyadan söhbət gedirsə, bunun adını "Zəngəzur kolidoru", "Zəngəzur dəhlizi", "Zəngəzur yolu" qoymaq olar. Cənab Prezident bu üçtərəfli bəyanatdan sonra bu termini leksikona daxil etdi, ancaq istənilən halda nəticə ortada olmalıdı və Ermənistan bu öhdəliyini yerinə yetirməlidir. Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, Ermənistan prosesi uzatmaqla özünü regional lahiyələrdən təcrid edir. Zamanında Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmasaydı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan və digər beynəxalq lahiyələrdə Ermənistanın da payı olardı. Ermənistan İranla birlikdə hər hansısa bir lahiyəni reallaşdırmaq istəyirsə bu sadəcə kağız üzərinə qalıb və faktiki olaraq Ermənistanın beynəxalq layihələr reallaşdırması real görsənmir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın qərb ərazilərinin Şərqi-Zəngəzurun Naxçıvanla kommunikasiyalarının bərpa edilməsi nəticə etibarı ilə Ermənistanın da bu kommunikasiyadan istifadəsinə şərait yaradacaq və Ermənistanda Azərbaycanın yaratdığı dəhliz və beynəxalq yollar vasitəsilə digər dövlətlərə rahatlıqla çıxış edəcəkdir. Ermənistanın sadəcə Gürcüstan üzərindən Rusiyaya çıxışı var və qış aylarında bu yollarda hər zaman problem yaranır. Ancaq Ermənistan Zəngəzur yolu vasitəsilə həm dəmir yolu, həm də avtomobil yolu ilə ilin 12 ayı Rusiyaya rahatlıqla çıxış əldə etmiş olacaq, həmçinin, alternativ yollarla Xəzər dənizi üzərindən Asiyaya çıxış əldə edəcəkdir. Bu baxımdan bu iqtisadi layihə olaraq Ermənistan üçün çox önəmlidir. Bunun yalnız iqtisadi layihə olması ilə yanaşı, həm də Azərbaycanın bir strateji lahiyəsidir ki, Zəngəzur kolidoru mütləq açılmalıdır və istifadəyə verilməlidir. Cənab Prezident çıxışlarında bildirmişdi ki, nəyin bahasına olursa olsun, Zəngəzur kolidoru açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Yəni Ermənistan geci-tezi bu öhdəliyini yerinə yetirəcəkdir. Və biz dünən Cənab Prezidentin açıqlamasından sonra bir daha əminliklə deyə bilərik ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır. Hal-hazırda regionun ən güclü ordusuna sahibik, regionun ən qüdrətli dövləti Azərbaycandır. Azərbaycan hal-hazırda beynəxalq platformda çox mühüm rol oynamaqdadır və faktiki olaraq regionda sülh və əmin-amanlığın qorunub saxlanmasında önəmi heç də az deyil. Bu baxımdan Azərbaycan Zəngəzur kolidorunun işə düşməsi ilə region dövlətləri ilə kommunikasiyaların bərpasına nail olacaqdır. Nəticə etibarı ilə region dövlətləri müxtəlif tərkibdə ikiərəfli, üçtərəfli və ya 3+3 formatında bu əlaqələri inkişaf etdirəcəkdir"

Xəbər lenti