Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov Fəxri üzv seçildi

Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov Fəxri üzv seçildi
Sentyabr ayının 9-da "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Konservatoriyanın Muğam kafedrasının müdiri cənab Mənsum İsrafil oğlu İbrahimov AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən verilən məlumata əsasən, "AQDİM”- nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Xəbər lenti