Azərbaycan-Rusiya: parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur
15 Fevral 2023, 17:30
15 Fevral
2023
17:30
369
Əli Hüseynli
Milli Məclisin deputatı
Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.
Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit ilk öncə iki ölkə liderləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdir.
Xüsusilə cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu və diplomatik səyləri nəticəsində Azərbaycana qarşı münasibətdə Rusiyanın loyal mövqeyinə nail olunması 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi üçün mühüm amillərdən biri olmuşdur. Təsadüfi deyil ki, 10 noyabr üçtərəfli Moskva Bəyannaməsi məhz Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmışdır. Ona görə də Rusiyanın hakim dairələri Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu vurğulamaqla regionda sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın haqlı mövqeyinə dəstək verərək bu razılaşmanın reallaşdırılmasında ardıcıl səylər göstərməkdədirlər.
Postmünaqişə dövründə Cənubi Qafqaz bölgəsində formalaşan yeni reallıqlar fonunda ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında müsbət tendensiyalar üzərində inkişaf edir. Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ölkələrimiz arasında münasibətlərin dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslandığını göstərir.
Bu dövr ərzində qarşılıqlı münasibətlərin genişlənməsində mühüm yer alan parlament ölçüsünün də böyük əhəmiyyəti vardır. Belə ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verir. Bu baxımdan Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də məhz parlamentlərarası əlaqələrdir. Milli Məclisin həm Dövlət Duması, həm də Federal Şura ilə münasibətlərinin hazırkı səviyyəsi məmnunluq hissi doğurur, parlament komitələri arasında əməkdaşlıq və dostluq qruplarının işgüzar əlaqələri böyük önəm daşıyır.
Parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur. Çoxsaylı işgüzar siyasi təmaslar mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirməkdədir. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır.
Bu baxımdan əminik ki, bu günlərdə ölkə Parlamentinin Sədri xanım Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına münbit şərait yaradacaq, parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz mühüm töhfəsini verəcəkdir.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)