Azərbaycan-Türkiyə media əlaqələrində YENİ DÖNƏM: Hikmət Hacıyevin rəsmi səfərində bu qərarlar alındı
07 Sentyabr 2020, 16:12
07 Sentyabr
2020
16:12
1124
Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə səfərdədir.
7News.Az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, qeyd olunan İdarənin rəhbəri Fəxrəddin Altun və Azərbaycan prezidentinin köməkçisi – Prezidentinin Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.
Məlumata əsasən, Fəxrəddin Altunla Hikmət Hacıyevin təkbətək görüşündən sonra iki ölkənin media sahəsindəki yüksək səviyyəli rəsmilərinin iştirakı ilə heyətlərarası toplantı keçirilib.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.
Toplantıdakı çıxışında Türkiyə və Azərbaycanın mənafelərinə qarşı müxtəlif təhdidlərin olduğunu qeyd edən Fəxrəddin Altun bu təhdidlərin birbaşa olaraq, türk millətinə və türklüyə qarşı yönəldiyini vurğulayıb.
Bu təhdidlərlə yalnız hərbi sahədə qarşılaşmadıqlarını vurğulayan Altun müəyyən qüvvələr tərəfindən Türkiyə və Azərbaycana qarşı "etibarsızlaşdırma” siyasətinin həyata keçirildiyini deyib.
Türkiyə və Azərbaycanın hər zaman olduğu kimi, "Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini diqqətə çatdıran Fəxrəddin Altun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin bu qardaşlığı bütün dünyaya sübut etdiyini bildirib:
"Bu qardaşlığımızı son illərdə artan əməkdaşlığımızla gücləndirdik. Xüsusilə də Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin funksiyası çərçivəsində olan bütün məsələlərdə Azərbaycanla daha da yaxın əməkdaşlıq etmək niyyətindəyik.
Beynəlxalq nizamın dağılmaq üzrə olduğu, yeni dünya düzəninin isə hələ qurulmadığı indiki xaos şəraitində hər sahədə olduğu kimi, rabitə sahəsində də ancaq birgə əməkdaşlıq sayəsində uğur qazana bilərik.
Cənab Prezidentimizin Bakıya səfərləri çərçivəsində təməllərini atdığımız yeni anlaşmaları konkret addımlara çevirmək istəyirik. Qlobal şərtlərə nəzər salsaq, bunun bir seçim deyil, zərurət olduğunu görə bilərik.
Türkiyə və Azərbaycana hücum edənlər, dövlətlərimizin əleyhinə dezinformasiyalar yayanlar, etibarszılaşdırma siyasəti yürüdənlər, vətəndaşlarımızın canına, malına qəsd edənlər bir olduğuna görə bizə də ancaq bir olmaq, iri olmaq, diri olmaq düşər.
Dürüst məlumatın sürətli şəkildə milli və beynəlxalq ictimaiyyətə çatıdırılmasından tutmuş yalan xəbər və dezinformasiyalarla mübarizəyə qədər Türkiyə və Azərbaycan arasında geniş əməkdaşlıq ediləcək.
Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması qurmaq qərarına gəldik. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsini, xalqların məlumatlandırılması üçün effektiv fəaliyyət göstərilməsini, xüsusilə də sosial şəbəkələrdə yayılan yanlış məlumatları və mənfi təbliğatlarla mübarizədə birgə startegiyalar müəyyənləşdirilməsini dəyərləndirdik”.
Azərbaycan prezidentinin köməkçisi – Prezidentin Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin əldə etdiyi bütün uğurların Azərbaycanda da böyük mənunluq doğurduğunu qeyd edib və iki ölkənin media qurumları arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini vurğulayıb:
"Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir.
Bu baxımdan, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək”.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat