Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib
19 May 2022, 17:01
19 May
2022
17:01
775
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il "Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında "Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanmışdır.
Bakıda keçirilən forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media üzvləri iştirak ediblər.
Foruma açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan – Türkiyə əlaqələrindən və forumun əhəmiyyətindən danışaraq bildirib ki, belə bir əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcəkdir. A.Əliyeva onuda qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.
Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. O cümlədən, Vüsal Quliyev bildirib ki, 2022-ci il "Şuşa ili” çərçivəsində Əməkdaşlıq forumunun keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisədir. Çünki, ilk dəfə hər iki ölkənin dövlət qurumlarının dəstəyi və vətəndaş cəmiyyətinin iştirakı ilə belə bir tədbir keçirilir. Artıq bu forum iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini sistemli şəkildə əlaqələndirəcək, ortaq layihələr reallaşdırılacaq, təcrübə və informasiya mübadilələri həyata keçiriləcək. Gələcəkdə bu təşəbbüslərin Türk Dövlətləri Təşkilatları çərçivəsində də reallaşdırılması Türk dünyası vətəndaş cəmiyyətinin bir araya gəlməsi və əməkdaşlıq baxımından faydalı ola bilər.
Çıxış edən digər natiqlər Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz , Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, 2022-ci il "Şuşa ili” çərçivəsində keçirilən Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcəkdir.
Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib. İkinci paneli açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat verib. Daha sonra SETA Xarici Siyasət araştırmacısı, Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi (SETA) Mustafa Caner, ADEM İdarə Heyətinin rəhbərinin müavini, Qadın və Demokratiya Dərnəyi xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi xanım Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyəti İcraçı Direktor cənab Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Dr. İlyas Demirçi, Türkiyə Gənclik Vəqfi xanım Elif Habip çıxış edərək öz sahələri üzrə təqdimatlar ediblər.
Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskusiyya aparılıb.
Forumun yekunu olaraq bəyanət səslənərək, qəbul edilib.
Bəyanətdə "Türkiyə və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları bu formatda tədbirlərin mütəmadi olmaqla keçirilməsi razılığına gəlmişlər. Növbəti "Əməkdaşlıq Forumu”nun Türkiyədə keçirilməsi və ‘Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platformasının’ təsis olunması qərara alınmışdır.
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SOSİAL
“Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib - VYANADA
-
GÜNDƏM, MANŞET, SOSİAL
Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR
-
GÜNDƏM, MANŞET, SOSİAL
Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNU DƏSTƏYİ İLƏ
-
GÜNDƏM, MANŞET, SOSİAL
Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından iki il ötür
-
GÜNDƏM, MANŞET, SOSİAL
MEDİA intihar xəbərləri ilə bağlı açıqlama yaydı: BU HALLARA YOL VERİLMƏMILİDİR
-
GÜNDƏM, MANŞET, SOSİAL
"Məhkəmə, qanunvericilik və icra hakimiyyəti orqanlarında vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulur" - MÜSAHİBƏ
-
GÜNDƏM, MANŞET, SOSİAL
Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
-
GÜNDƏM, MANŞET, SOSİAL
Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib
-
GÜNDƏM, MANŞET, SOSİAL
Şəhid Əzim Həsənova həsr edilmiş film geniş ictimaiyyətə təqdim edildi - FOTOLAR