Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında "Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanmışdır.
Bu məqsədlə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin 2022-ci il "Şuşa ili” çərçivəsində Azərbaycana səfəri başlayıb.
 Səfər çərçivəsində ilk olaraq qurumlar arası görüşlər və heyətlər arası mübadilə təlimləri keçiriləcək. 
        Daha sonra  Şuşa şəhərini ziyarət və Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulub.
7NEWS.az

Xəbər lenti