"Azərbaycan və Rumıniya çox ciddi strateji tərəfdaşdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyevlə Rumıniya Prezidenti Klaus Yohannis arasında keçirilən görüş və həmin görüşdə səsləndirilən fikirlər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından olduqca önəmlidir. Dövlət başçıları tərəfindən verilən bəyanatlar da onun göstəricisidir ki, Azərbaycan və Rumıniya çox ciddi strateji tərəfdaşdır, dostdur və əlaqələrimiz bundan sonra da bütün sferalarda yüksələn xətt üzrə davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
 

 Onun sözlərinə görə, möhtərəm Prezident İlham Əliyev Buxarestə etmiş olduğu səfərlə bağlı da xatirələrini bölüşdü və maraqlı məqamlara toxundu: "O, qeyd etdi ki, biz gələcək addımlarımızı geniş şəkildə müzakirə edirik və nümayəndə heyətlərinin üzvləri ilə bunu davam etdirəcəyik. İlham Əliyev eyni zamanda xüsusi vurğu ilə xatırlatdı ki, biz təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu, bizim əməkdaşlığımızda yeni mərhələdir”.

Politoloq sözlərinə davam edərək kildirib ki, məqsəd və hədəf ondan ibarətdir ki, bu iki dost ölkə arasında ticari işbirliyində və digər sahələrdə də müəyyən irəliləyişlər olsun: "Məlum istiqamətdə artıq ciddi müzakirələr, məsləhətləşmələr gedir. Heç şübhəsiz ki, Rumıniya Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərin perspektivinə, inkişafına mütləq bir şəkildə öz töhfəsini verəcək”.

Xəbər lenti