“Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir” MÜNASİBƏT

“Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir” MÜNASİBƏT
"İlk öncə qeyd edim ki, 10 noyabr razılaşmasının bəndlərinə əməl olunması bütün hallarda mütləqdir və bununla bağlı məsələlər, tələblər zaman-zaman dövlətimiz tərəfindən qaldırılıb”. Bunu millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, indi isə proses elə bir mərhələdədir ki, artıq Ermənistan istəsə də, istəməsə də proses öz axarı ilə gedəcək: "Daha dəqiq söyləsəm: hadisələr Ermənistanın kefi ilə deyil, Azərbaycanın güclü iradəsi ilə həllini tapır və yeni sərhəd-keçid məntəqəsinin qurulması da məlum qəbildəndir. Üstəlik, həmin məntəqənin fəaliyyətə başlaması ilə erməni provokasiyalarının, təxribatlarının qarşısı ciddi şəkildə alınacaq. Çünki artıq hər şey nəzarət altındadır. Sərhədimiz əmin əllərdədir. Qəhrəman zabitlərimiz, igid sərhədçilərimiz iş başındadır”.
E.Musayev onu da bildirdi ki, separat və separatçı anlayışına münasibət təbii ki, hər zaman pis olacaq: "Çünki destruktiv fəaliyyətlə məşğul olan qrupun düz yola gəlməsi mümkün deyil. Amma məsələ burasındadır ki, artıq həmin separatçılar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan öz suveren ərazilərində günü-gündən güclənir və onsuzda mövcud olan üstünlüyünü daha da artırır. Bundan sonrakı hədəf isə sülhdür. Ona da tezliklə nail olacayıq. Buna kimsənin şübhəsi olmasın”.

Xəbər lenti