Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ

Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb. Həmçinin bəhs olunan dövrdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Zəlimxan Yaqub kimi görkəmli mütəfəkkir, şair və yazıçılarımızın əsərləri qardaş Özbəkistanın ədəbi-bədii orqanlarında özbək dilinə tərcümə edilərək çap olunub. 70-80-ci illər ədəbiyyatında qardaş özbək xalqı ilə bağlı bədii nümunələrə də rast gəlinir. Yaradıcılığında türkçülük, turançılıq xəttini xüsusilə ifadə edən Bəxtiyar Vahabzadənin 1980-ci ildə qələmə aldığı "Salam, Özbəkistan” adlı şeiri bu baxımdan olduqca xarakterikdir. Bəxtiyar Vahabzadə haqqında bəhs olunan şeirdə sovet repressiya maşınının təqib və təzyiqlərinə rəğmən türk xalqlarının birliyindən, qardaşlığından, dilimizin, soy-kökümüzün, Vətənimizin bütövlüyündən bəhs edir. Şairin fikrincə, Azərbaycan da, Özbəkistan da hər birimiz üçün Vətəndir, böyük türk dünyasıdır və eyni
Onu da xüsusi vurğulamaq lazımdır ki, iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına zaman-zaman Özbəkistanda yaşayan, öz talelərini bu ölkə ilə bağlayan azərbaycanlı ziyalılar da mühüm töhfələr veriblər. Bu sırada özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi - əslən Qazaxın Salahlı kəndindən olan Maqsud Şeyxzadənin, görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim Seyid Rza Əlizadənin, Özbəkistanın və Azərbaycanın Xalq artisti Firudin Səfərovun, Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı Eynulla Əliyevin adlarını fəxrlə çəkmək olar.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.
Məhz iki liderin səyləri ilə 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlər yaradılıb, 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu münasibətlərin davamı kimi ölkələrimiz arasında müxtəlif illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa, dostluq və tərəfdaşlığa zəmin yaradan sənədlər imzalanıb. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib.
Bu ali sevginin ifadəsi kimi 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın ozamankı Baş naziri – hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı və xeyir-duaları ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Mərkəz məhz Ulu Öndərimizin adını daşıyan küçədə yerləşir. Burada Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi və Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyi təşkil olunub. Bu muzeylərin hər birində sərgilənən tarixi sənədlər, nadir eksponatlar ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin bariz nümunələri kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi naminə böyük səylər göstərir.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Fətullayev Zakir
Nəsimi rayon 20 Yanvar Cəmiyyətinin üzvü
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.6

Xəbər lenti
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:35Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:22“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:12"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:39Ucalığa darıxan Nicat...
-
11:00DTX dövlətlərarası şəbəkəni ifşa etdi: Ekstremist qruplara çatdırılan milyonlar...
-
17:56“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda vətəndaşları qəbul edib
-
15:34İranlı general Bakıdan Ermənistanı ittiham etdi - Tehranla əlaqələr düzəlir?
-
16:59“Mənim Yuri Qaqarin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın.” - DEPUTAT
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
Blinken İlham Əliyevə zəng etdi
-
MANŞET, SİYASƏT
İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək
-
MANŞET, SİYASƏT
Prezidentin köməkçisi: "Ermənistanın addımları sülh danışıqlarına və normallaşmaya mənfi təsir göstərir"
-
MANŞET, SİYASƏT
Blinken İlham Əliyevə zəng etdi
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev: “Bu gün Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür”
-
MANŞET, SİYASƏT
İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatdı (YENİLƏNİB)