Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir
XX əsrin 90-cı illərində Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı.Bu vəzifələr sırasında ekologiya və ətraf mühitin mühafizəsi də başlıca prioritetlərdən biri sayılırdı. Çünki müstəqillik illərindən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi məsələsi demək olar ki, arxa plana keçmişdi.
Keçmiş SSRİ-nin o vaxtkı Sovet respublikaları ilə yanaşı Azərbaycanda da qurduğu bir neçə zavod və müəssisənin azərbaycanlılara xeyrindən daha çox ziyanı dəyirdi.Belə ki, həmin istehsal müəssisələrinin ətraf mühitə vurduğu ziyan ölkənin ekoloji mühitini əsaslı dərəcədə pisləşdirmişdi. Sovet rəhbərliyini təbiəti qorumaq, onu mühafizə etməkdən daha çox on minlərlə insanın həyatı bahasına başa gələn istehsal müəssisələri açmaq, gəlir əldə etmək düşündürürdü. Müəyyən zaman kəsiyində Azərbaycana rəhbərlik edən şəxslərin siyasi iradəsi nəticəsində bu istiqamətdə müsbət irəliləyiş müşahidə edilsə də, lakin keçmiş ittifaq rəhbərliyi hər vasitə ilə buna mane olmağa çalışırdı. Xüsusilə ümummilli lider Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər Moskvanı qane etmirdi. Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə Heydər Əliyev ittifaq rəhbərliyindən fərqli olaraq ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirirdi. Bu isə Moskvanın həyata keçirdiyi siyasi xəttə ziddiyyət təşkil edirdi. Ona görə də keçmiş SSRİ rəhbərliyi hər vasitə ilə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı və buna da nail oldu.
Yeni dövr üçün ekoloji strategiya
Lakin 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 70-ci illərdən yarımçıq qalan bir sıra tədbirlərin davam etdirilməsinə başladı. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması da daxil idi. Həmin ildən başlayaraq, paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan "Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə isə "Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi "Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki – "Ətraf mühitin mühafizəsi haqqında” və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Ona görə də bu sahə ilə məşğul olan xüsusi bir qurumun fəaliyyətinə ciddi ehtiyac var.
Ekoloji şüur erkən yaşlardan formalaşdırılmalıdır
Ətraf mühitin mühafizəsi üçün nədən başlamaq lazımdır? Problemin qoyuluşu dialektik yanaşma tələb etsə də, ilk növbədə, insan fərdlərini kiçik yaşlarından zəruri biliklərlə silahlandırmaq və onlara ekoloji mədəniyyətin prinsiplərini aşılamaq lazımdır. Uşaqlar arasında 2 istiqamətdə maarifləndirmə aparılmalıdır. Gənc nəsil milli və qlobal səviyyədə ekoloji şüura yiyələnməli, antopogen fəaliyyətin ətraf mühitə təsirini tam mənası ilə dərk etməlidir. Hər bir şəxs vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir.
Ekoloji tərbiyənin təməli ailə və uşaq bağçasında atılır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Əks halda qarşı ətraf mühitə, flora və fauna aləminə qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır. Təhsilin daha yuxarı pillələrində isə uşaqlarda təbiəti mühafizə üzrə tələb olunan bacarıq və vərdişləri formalaşdırmaq, onları aktiv ekoloji fəaliyyətə cəlb etmək lazımdır. Ekoloji maarifləndirmə işini təbiət qoynuna, şəhərkənarı və milli parklara ekskursiyalar vasitəsilə təşkil etmək mümkündür.
Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsinə verdiyi töhfələr
Ekologiya və ətraf mühitin mühafizəsi tək dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatlarının da əsas diqqət mərkəzində olan məslələrdəndir. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Fondun 2007-ci ildə həyata keçirmiş olduğu "Hərəyə bir ağac əkək" adlı nəcib təşəbbüsü ölkədə genişmiqyaslı yaşıllaşdırma kampaniyasının aparılmasına yol açdı ki, bu da ətraf mühitə göstərilən ən böyük qayğı idi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək" layihəsi çərçivəsində təkcə Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkildi. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ümumilikdə ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi. Ekolgiyanın qorunması və ətraf mühitin mühafizəsinə töhfə verən təşkilatlardan biri də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlayan İDEA-nın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıqdır. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı "Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirdi. IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə reallaşdırılan "Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər keçirərərk dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etdi. Hazırda da İDEA İctimai Birliyinin təşəbbüsü çərçivəsində respublikada genişmiqyaslı ağacəkmə kampaniyası davam edir. İDEA İctimai Birliyinin digər bir layihəsi isə "ASAN xidmət” və "Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirdiyi "Hər kağızı bir yarpağa dəyişək” aksiyası idi ki, bu aksiya çərçivəsində də Balaxanı poliqonunda 5 min kvadrat metr ərazi yaşıllaşdırılıb.
Görülən işlərin uğurlu nəticəsi
Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Belə ki, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.
Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə baş vermiş təbii hadisələrətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Amil Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.17
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək