Azərbaycanda yetişdirilmiş 1 milyona yaxın yerli tut tingi fermerlərə paylanıb

26 Dekabr 2022, 15:08
26 Dekabr
2022
15:08
257
Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir. Kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur.
Kök hissələrin zədələnməsinin qarşısını almaq məqsədilə xüsusi qablaşdırılmış tinglər Bərdə Baramaqurutma Məntəqəsinə gətirilib və buradan bölgü üzrə rayonlara paylanılıb. Bölgü prosesinə həsr olunmuş tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin inkişafı və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub və ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. Baramaçılıq rayonlarında yerli şəraitə uyğunlaşmış tinglər əsasında yeni çəkil bağlarının salınması baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verəcək. Çəkil ağaclarının yarpaqları xüsusi olaraq ipəkqurdunun yemlənməsi üçün nəzərdə tutulub.
Çəkil bağlarının salınmasında xüsusi aqrotexniki qaydalara riayət olunmasının vacibliyini vurğulayan şöbə müdiri bu məqsədlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitututunun əməkdaşları tərəfindən yerlərdə təlimlərın keçirildiyini, tinglərin əkini və onlara qulluq qaydaları haqqında məlumatlandırma işlərinin aparıldığını bildirib.
Tədbirdə çıxış edən institutun əməkdaşları çəkil bağlarının salınması zamanı tətbiq olunan normativlər, tinglərə mövsümi qulluq qaydaları barədə iştirqakçıları məlumatlandırıblar.
Daha sonra tədbir iştirakçıları tərəfindən Bərdə rayonunun Zümürxan kəndində tinglik sahələrinə baxış keçirilib, yetişdirilmiş tinglərin mexanikləşdirilmiş qaydada torpaqdan çıxarılması, qablaşdırılması, ting əkiləcək sahələrdə əkinqabağı hazırlıq işlərinin aparılması, cərgələrin hazırlanması, tut tinglərinin basdırılması və budanması qaydaları fermerlərə əyani şəkildə nümayiş olunub.
Qeyd edək ki, 40-dək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ilin sonuna kimi yekunlaşacaq.






Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SİYASƏT
“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM, SOSİAL
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM, SOSİAL
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SİYASƏT
“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
GÜNDƏM, SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir