Azərbaycanın ABŞ Konqresində əhəmiyyətli uğuru
21 İyul 2020, 14:32
21 İyul
2020
14:32
1196
ABŞ Konqresində Azərbaycan əleyhinə Daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib
Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər.
Bu proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.
Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.
Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Brəd Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş "Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən "333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Qarşısı alınmış Azərbaycan əleyhinə düzəlişlərlə aşağıdakı internet səhifələrindən tanış olmaq mümkündür:
Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli "tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.
ANCA-nın yaydığı məlumatdan da göründüyü kimi
(https://anca.org/press-release/u-s-house-passes-pallone-amendment-demanding-greater-oversight-on-u-s-military-aid-to-azerbaijan/), erməni tərəfi Azərbaycan əleyhinə düzəlişlərin keçməməsinə və Ermənistan əleyhinə qəbul olunmuş düzəlişə görə öz məyusluğunu gizlətməyib.
Azərbaycan tərəfinin bu əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplamaq fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd edib. Halbuki, Frank Palloun tərəfindən irəli sürülmüş və ermənilərin istinad etdiyi "Müdafiə katibinin Dövlət katibi ilə birgə əlaqələndirilməklə 333-cü bölmə çərçivəsində xarici ölkələrin təhlükəsizlik qüvvələrinə yardım göstəriləndən əvvəl və ya yardım göstərilən zaman beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını pozub-pozmadığı barədə Konqresə hesabat təqdim olunması, habelə belə pozuntuların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsinə” dair 396 saylı düzəlişin mətnindən göründüyü kimi (https://amendments-rules.house.gov/amendments/PALLON_039_xml716201347484748.pdf), bu düzəlişdə Azərbaycan barədə heç bir istinad mövcud deyil və düzəliş ABŞ-ın bütün hərbi müttəfiqlərinə və yardım göstərdiyi tərəfdaşlara aiddir.
Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şayiələr yaymaqla bu məsələdə müəyyən çaşqınlıq yaratmağa cəhd etmişlər. Ümumiyyətlə, erməni tərəfinin dövlətimizə qarşı uydurma təbliğatının əsas məqsədi ABŞ-Azərbaycan münasibətlərinə, Azərbaycan xalqının birliyinə mane olmaq, eləcə də erməni lobbisinin maliyyələşməsinin davam etməsidir. Bu xüsusda, erməni lobbisinin və digər dairələrin təxribatlarına uymamaq, olduqca ehtiyatlı yanaşmaq və məlumat mənbələrini dəqiq yoxlamaq vacibdir.
7News.Az
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat