Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanan addımlar – TƏHLİL
"Amma bir şey gün kimi aydındır ki, Bayden administrasiyasının Qarabağdakı haylara və bütövlükdə Qafqazda baş verənlərə yanaşmada Makron Fransası sayaq davranması regionun inteqrasiyasına maneçilik törətməklə yanaşı, guya maraqlarını güddüklərinə yaxşı heç nə vəd etmir”
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "Azərbaycanın xarici siyasətində ən mühüm cəhətlərdən biri böyük dövlətlərin beynəlxalq normaların əleyhinə yönələn kiçikliklərini neytrallaşdırmağı, onlardan gələn tədid və təhlükəni dəf etməyi bacarmasıdır. Və bu təkcə simmetrik yox, həm də asimmetrik, bəlkə də daha çox asimmetrik yolla reallaşdırılır.
Mən Brüsseldə Paşinyanla növbəti danışıqlardan dərhal sonra cənab Prezidentin İtaliyaya işgüzar səfərini həm də bu yöndə atılmış addımlardan biri kimi qiymətləndirirəm.
Heç kimə sirr deyil ki, Fransa ikinci Qarabağ savaşının nəticələrini öz maraqlarına cavab verməyən reallıq kimi qiymətləndirir və Azərbaycanla Ermənistan arasında tezliklə beynəlxaq normalara cavab verən sülh anlaşmasının bağlanmasının əleyhinədir. Rəsmi Paris eyni zamanda çalışır ki, Avropa Birliyi də bu məsələdə onun mövqeyini dəstəkləsin.
Cənab İlham Əliyevin İtaliyaya səfəri isə göstərdi ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik missiyasından belə qıcıqlanan Makron Fransası üçün bu elə də asan olmayacaq. Avropada hay lobbisinin yox, məhz öz maraqlarından çıxış etməyə üstünlük verən dövlətlər də var və onlardan biri də İtaliyadır. İtaliya Azərbaycanın həm özlərinin enerji təhlükəsizliyi üçün, həm də bütövlükdə regionda oynadığı rolu düzgün qiymətləndirir.
Xatırladaq ki, sözü gedən ölkədə sentyabrın 25-də növbədənkənar seçki gözlənilir və ona görə də Mario Draqinin kabineti hazırda müvəqqəti sayılır. İtaliyada formalaşmış ənənəyə görə isə müvəqqəti hökumətin fəaliyyəti dönəmində daxili və xarici siyasətdə hansısa mühüm addımlar atılmır, digər dövlətlərin liderləri ilə yüksək səviyyəli görüşlər keçirilmir.
Amma dövlət başçımızın İtaliyaya səfəri zamanı bu ənənə pozuldu və cənab İlham Əliyevlə həm Prezident Sercio Mattarella, həm də Nazirlər Şurasının sədri Mario Draqi arasında hər iki ölkənin maraqları baxımından mühüm danışıqlar oldu ki, bu da orada Azərbaycana verilən önəmin bir göstəricisidir.
Fikrimcə, yaxın zamanlarda biz Azərbaycan-Çin əlaqələrinin daha da genişlənməsi yönündə də müəyyən addımların atıldığını görəcəyik. Filip Rikerin "həmsədr" təyin edilməsi və Qarabağdakı separatçı ünsürlərdən biri-David Babayanın ABŞ-a səfərinin bu regionda rəsmi Vaşinqtona hansı dividentlər gətirəcəyinə isə baxacağıq. Amma bir şey gün kimi aydındır ki, Bayden administrasiyasının Qarabağdakı haylara və bütövlükdə Qafqazda baş verənlərə yanaşmada Makron Fransası sayaq davranması regionun inteqrasiyasına maneçilik törətməklə yanaşı, guya maraqlarını güddüklərinə yaxşı heç nə vəd etmir.”
"90-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi təhlükələr bizim bir millət olaraq, xalq olaraq müstəqilliyimizi sual altında qoyurdu. O dövrdə olan hakimiyyət rəhbərlərinin səriştəsizliyi isə bizi sevməyənlər üçün sanki bir əlverişli fürsət yaratmışdı. Ölkənin parçalanması isə qaçılmaz idi. Dahi siyasətçi, ulu öndər Heydər Əliyevin bilərəkdən siyasətdən uzaqlaşdırılması da bu mənfur planların bir hissəsi idi. Çünki təkcə onun nüfuzu düşmənlərimizin planlarını alt-üst etməyə yetirdi. Ölkənin o dövrdəki rəhbərləri bunu başa düşməsə də, xalq xilaskarının kim olduğunu bilirdi”.
Bu fikirləri Milli Məclisin deputat Vüqar İskəndərov bildirib.
V.İskəndərov deyib ki. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlaması və Sessiyada gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanan addımlar idi: "Çünki 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Əlbəttə atılan addımlar yalnız bununla yekunlaşmırdı. Verilən tarixi qərarlar bizim müstəqilliyimizin möhkəmlənməsində müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdi. Əlbəttə Naxçıvanda atılan bu cür addımlar, alınan qərarlar Azərbaycan Respublikasının işinə də çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Ona görə də qeyd etmək yerin düşər ki, Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalanmışdı”.
Cavid Mustafayev
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...